18.12.2014 09:07:22
menu_open.gif Bölmələr

menu_pen.gif Qida borusunun daralması zamanı endoprotezlər

Dr. Babək Sadıqov: “Xəzər ətrafı regionda yaşayan insanlarda ən çox rast gəlinən xəstəliklərdən biri də qida borusunun şişləridir. Bu şişlərin də əksəriyyəti bədxassəlidir.”
Qida borusunun daralması zamanı stent qoyulmasının funksional əhəmiyyəti
Həmsöhbətimiz barədə:

Images: BABEKDOKTOR-endoskopiya.jpgBabək Sadıqov, həkim qastroenteroloq, endoskopik cərrah. Tibb elmləri namizədidir. 1954-cü ildə anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1977-1978-ci illərdə Mərkəzi Hövzə Xəstəxanasında internatura keçib. 1978-ci ildə Gədəbəy rayonunda kənd xəstəxanasında sahə həkimi təyin edilib. 1980-1983-cü illərdə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 1983-1985-ci illərdə Ümumittifaq Cərrahiyyə Elm Mərkəzində endoskopiya üzrə klinik ordinaturada olub. Klinik ordinatura keçdikdən sonra 5 saylı şəhər KŞX-da endoskopist, 1986-da ET Onkologiya və Radiologiya İnstitutuna kiçik elmi işçi seçilib. 1988-ci ildən ET Qastroenterologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və rentgen-endoskopiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib. Respublikada öd yollarının daşları və diodenol məməciyin strukturlarında endoskopik papillosfinkterotomiya əməliyyatının icrasına başlayıb. M.Topçubaşov adına ETKTİ-da Endoskopiya Şöbəsinin müdiri vəzifəsində çalışıb. 30-dan artıq elmi məqalənin, o cümlədən 5 səmərələşdirici təklifin müəllifidir. Rusiya və Almaniya klinikalarında ayrı-ayrı diaqnostik və operativ endoskopiya metodlarına yiyələnib. Bir çox beynəlxalq və regional elmi konfransların iştirakçısıdır.
Əlaqə telefonu: 050-314-46-06, 5 saylı Klinik Xəstəxana
-Babək doktor, zəhmət olmasa bir qədər qida borusunun bədxassəli şişləri barədə məlumat verərdiniz.
-Bizim regionda, daha doğrusu xəzər ətrafı rayonlarda yaşayan insanlarda ən çox rast gəlinən xəstəliklərdən biri də qida borusunun şişləridir. Bu şişlərin də əksəriyyəti bədxassəlidir. Bunun səbəbləri barədə hələ elmi-tibbi araşdırma aparılmayıb. Bununla belə hesab olunur ki, qida borusunun xərçənginin yaranmasında irsi meyllilik bir qədər üstünlük təşkil edir. Azərbaycanda ümumiyyətlə bir-birindən fərqli regional patoloiyalara rast gəlinir. Məsələn, elə zona var ki, orda dəri xəstəliyi xasdır. Elə yerlər var ki, mədə xəstəliyi çoxdur. Başqa bir zonada zob xəstəliyi geniş yayılıb. Ümumən ölkəmizin bütün rayonlarında çox rast gəlinən xəstəliklər də var.

-Doktor, qida borusunun bədxassəli şişləri zamanı xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün hansı endoskopik əməliyyatları həyata keçirirsiniz?
 - Qida borusunun şişləri ən çox hallarda qazanılmış olur. Bizi daha çox xərçəng xəstəliyi, bədxassəli şişlər  zamanı əmələ gələn daralmalardır. Qida borusunda müxtəlif mənşəli daralmalar olduqda udqunma aktı pozulur. Xəstə qida qəbulunda ciddi şəkildə çətinliklərlə üzləşir. Disfogiya yaranır. Disfogiyanı aradan qaldırmaq, xəstənin qida qəbulunu yaxşılaşdırmaq üçün az invaziv metodla, qan tökmədən, travma vermədən daralma yerinə xüsusi hazırlanmış endoprotezlər, yəni borucuqlar qoyulur. Bu borucuqların köməyilə qidalanma qaydasına düşür. Endoskoplar vasitəsilə xüsusi simlər qoyuruq və simin üzərində endoprotezi yerləşdirib açırıq. Endoprotezlərə başqa adla “stent” də deyirlər. Texniki olaraq stentlər bütün hallarda rahat qoyulur. Klinik effekt cərrahi müdaxilədən sonra disfagiyanın aradan qaldırılmasilə dərhal müşahidə olunur. Su içə bilməyən xəstə əməliyyatdan sonra durub 1 stəkan su içir.Və əvvəlki durumuna nisbətən fərqi görür. Həmçinin qidalanmada da eyni rahatlığı hiss edir. Qidasız, susuz qalmaqla zəif düşməsinin, halsızlaşmanın qarşısı alınır. Bununla yanaşı xəstənin əsas xəstəliyi davam etdirilir.Yəni qida borusunun bədxassəli şişindən əziyyət çəkən xəstə ximiyaterapiya, radioterapiyanı davam etdirir.

-Endoprotezlərin qoyulması ölkəmizdə nə vaxtdan tətbiq edilir?
-Təqribən 2005-ci ilin ortalarından başlanıb.

-Endoprotezlərin funksional əhəmiyyəti haqqında bir qədər ətraflı məlumat verərdiniz.
-Buna biz poliativ tibbi müdaxilə deyirik. Xəstəliyin yaratdığı əlaməti, disfagiyanı aradan qaldırırıq. Yuxarıda qeyd etdiyim kimi bu xəstəliyin heç də tam müalicəsi deyil. Təəssüflər olsun ki, qida borusunun bədxassəli şişlərin dərinləşmiş mərhələsində tam müalicəsi hələ kəşf edilməyib. İlkin stadiyada mukozektomiya əməliyyatı aparılır. Xərçəngin başladığı yerdə cərrahi əməliyyat edilir. Selikli qişanı götürürlər.Və xərçəngin yayılmasının qarşısını alırlar. Lakin yayılmış xərçəng zamanı məqsəd sadəcə xəstənin vəziyyətini yaxşılaşdırmaq. Yaranmış fəsadlaşmaları yüngülləşdirməkdir. Bizim qoyduğumuz endoprotezdə isə məqsəd xəstənin qidalanmasını bərpa etməkdir. Xəstəliyin özündən çox onun yaratdığı fəsad, qida borusunun daralması üzündən xəstə qidasızlaşmadan, susuzluqdan tələf ola bilər. İstənilən halda stent qoyulması xəstənin həyat keyfiyyətini artırır. Onun ömrünün uzadılmasına xidmət edir.

-Babək doktor, biz artıq qida borusunun xərçəngi probleminə toxunduq. Bəs endoprotezlər elə yalnız bədxassəli şişlər zamanı qoyulur, yoxsa?
-Endoprotezlər ilk əvvəl qida borusunun xərçəngi zamanı daralmalarda tətbiq edilirdisə, son vaxtlarda göstərişləri daha da genişləndirilib. Belə ki, hazırda endoprotezlər bədxassəli olmayan xəstəliklərdə, məsələn, qida borusunun xoşxassəli strukturalarında, ezofagial sviş və perforasiyalarda, anastomoz keçməməzliyində, yemək borusu venalarının ciddi problemlərində də tətbiq edilir. Özügenişlənən stentlərin tətbiqi təhlükəsiz və etibarlıdır. Xüsusən xəstəliyin ağır vəziyyətində və rezeksiyası mümkün olmayan şişlərdə əhəmiyyət kəsb edir. Digər endoskopik üsullara nisbətən stent daha effektivdir. Stentlər materiallarına görə metalik, plastik və sorulan, qismən, tam örtüklü və örtüksüz olur. Bu üsul xoşxassəli şiş zamanı digər endoskopik müdaxilə, balon dilyatasiyasının effekti olmaması halında məqsədəuyğun hesab olunur. Ezofaqorespirator sviş və qida borusunun perforasiyası zamanı stentlərin istifadə edilməsi 80-100% hallarda effektiv olur. Endoprotezlərin tətbiqində fəsadlara az rast gəlinir.

Əlaqə telefonu: 050-314-46-06, 5 saylı Klinik Xəstəxana
Müasibəni aldı: Ramil Nəcəfli



menu_information.png Rəylər
Rəy bildirilməmişdir.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 2
bullet.gif Xətdəki qonaqlar: 2
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 620
bullet.gif Ən yeni istifadəçi: 5
- ulvi15
- umqztrrm
- stingypiffle5
- placidbanister9
- kimya-a
menu_open.gif Təqvim
December 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr