Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Böyrəklərin funksiyalarının müayinəsi: Ultrasəs müayinəsi, Ultrasəs dopleroqrafiyası ,Rentgenoloji müayinələr, Böyrək arterioqrafiyası, Rentgen kompyuter tomoqrafiyas
26.11.2014 03:49:35
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Böyrəklərin funksiyalarının müayinəsi: Ultrasəs müayinəsi, Ultrasəs dopleroqrafiyası ,Rentgenoloji müayinələr, Böyrək arterioqrafiyası, Rentgen kompyuter tomoqrafiyas

Böyrəklərin funksiyalarının müayinəsi:
Məqalə şəkilləri: mehman-agayev2.jpgMuellif: Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, Əməkdar Həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu Professor Mehman Agayevdir

AĞAYEV MEHMAN MƏMMƏDRƏHİM OĞLU

 Ağayev Mehman Məmmədrəhim oğlu 31 avqust 1946-cı ildə Masallı rayonun Mahmudavar kəndində  anadan olmuşdur.

     1962-ci ildə orta məktəbı medalla bitirmisdir.

     1968-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurmuşdur.

     1975-ci ildə «Kəskin və xroniki böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmisdir.

Məqalə şəkilləri: mehman-agayev8.jpg1986-ci ildə «Xroniki boyrək catışmazlığında qan dövranı pozgunluqları» mövzusunda tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün I Moskva Tibb İnstitutunda dissertasiya müdafiə etmisdir.

1986-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institun-da nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir.

1990-ci ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə işləyir.

Məqalə şəkilləri: mehman-agayev12.jpg1993-cü ildə Bakı səhəri 2 saylı klikiki xəstəxanasında ixtisaslaşdırılmlş Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik edir.

     245 elmi əsərin, o cümlədən 9 monoqrafiyanin, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.

Əsas elmi-tədqiqat istiqamətləri:

Böyrək xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, kəskin və xroniki Məqalə şəkilləri: mehman-agayev5.jpgböyrək çatışmazlığı zamanı ürək-damar sisteminin pozğunluqlarinin aşkarlanması və müalicəsi, əvəzedici böyrək terapiyası - hemodializ və böyrək transplantasiyası, daxili xəstəliklərin propedevtikası və s.

 Monoqrafiyalar:

1. Изменение сердечно-сосудистой системы при хронической почечной недостаочности. –Баку: Элм. 1989. – 320 с. (соавтор –М.Д.Джавад-Заде).

2. Böyrək xəstəliklərinin semiotikası və diaqnostikası. –Bakı: Təbib. 1993. -114 s.

3. Daxili xəstəliklərin propedevtikası. –Bakı: Təbib. 1997. – 224 s. (həmmüəlliflər – G.T.Məmmədov, C.G.Hacıyev).

4. Həmin. 2003. – 316 s.

5. Nefrologiya. -Bakı: 2007. – 352 s.

6. Clinical examination -Propedeutics of internal diseases, (ingilis dilində). –Baku: 2008. -456 p. (co-author –R. I. Gabulova).

7. Dializ. –Bakı: 2010. 424 s. (həmmüəllif – S.İ. Əliyev).

 Məqalə şəkilləri: mehman-agayev13.jpg Avropa Uroloqlar Assosiasiyasının üzvü (1986-cı ildən), Avropa Nefroloqlar Assosasiyasının üzvü (2002 ci ildən), Türkiyə Nefroloji Cəmiyyətinin üzvü (2003-cü ildən), Rusiya Nefroloji Cəmiyyətinin üzvü (2005-ci ildən), Ümumdunya Nefroloji Assosiasiyasının  üzvüdür (2007-ci ildən). Mütəmadi olaraq beynəlxalq konqresslərdə istirak edir, məruzələrlə çıxış edir.

 Xarici ölkələrdə elmi ezamiyyətlər:

        1. 1979-cu il –Bolqariya – Sofiya Tibb Universiteti ilə müştərək elmi-tədqiqat işi aparmaq üçün.

    Məqalə şəkilləri: mehman-agayev7.jpg    2. 1986-cı il - Macarıstan – Budapeşt.  Avaropa Uroloqlal Assosiasiyasının Kongressində iştirak və məruzə ilə çıxış.

        3.  1990-cı il   - Macarıstan – Budapeşt Tibb İnstitutu ilə müştərək elmi-tədqiqat işi aparmaq üçün.

        4.   1990-cı il  - Təbriz  - Urologiya üzrə beynəlxalq konfrans- məruzə ilə çıxış.

        5.   1993-cü il -  Türkiyə Nefroloji Konqressində iştirak, məruzə ilə çıxış.

        6.   2003-cü il -  Türkiyə Nefroloji Kongressində iştirak, məruzə ilə çıxış. 

        7.   2005-ci il  -  Rusiya –Cankt-Peterburq. Rusiya Nefroloji Kongressində iştirak.

       Məqalə şəkilləri: mehman-agayev9.jpg 8.   2007-ci il  -  ABŞ –  9-cu hemodializ üzrə konfransda iştirak.

        9. 2007-ci il  - İspaniya –Barselona. Avropa Nefroloji Assosiasiyasının 45-ci Konqressində iştirak, məruzə ilə çıxış.

  10. 2008-ci il – İsveç – Stokholm. Avropa Nefroloji Assosiasiyasının 46-cı Konqressində iştirak, məruzə ilə çıxış.

       11. 2009-cu il   -   İtaliya   -  Milan.  Avropa Nefroloji Assosiasiyasının 46-cı Kongressində iştirak, məruzə ilə çıxış.

       12.  2010-cu il   -   Almaniya  -  Münhen.   Avropa Nefroloji Assosiasoyasının 47-ci 

Kongressində iştirak, məruzə ilə çıxış.

 Məqalə şəkilləri: mehman-agayev11.jpg 13.  2011-ci ildə  -  Çexiya Respublikası –Praqa Avropa Nefroloji Assosiasiyasının 48-ci Konqresində iştirak.
Türk, rus, ingilis dillərini sərbəst bilir. Bakı Baş Səhiyyə İdarəsinin Baş nefroloqu kimi respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış tibbi yerdım göstərir.
Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adı verilmişdir.
2011-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilmişdir.

E-mail: mehman_agayev@yahoo.com.
Telefin: (+994 12) 440 42 55, (+994 50) 212 09 68.



 Böyrəklərin funksiyalarının müayinəsi:
Məqalə şəkilləri: mehman-agayev14.jpgMuellif: Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü Əməkdar Həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu Professor Mehman Agayevdir

Böyrəklərin funksional vəziyyətinin təyini xəstəliyin nozoloji formasının təyin olunmasından az əhəmiyyətli deyildir. Nefroloji təcrübədə böyrəklərin summar (məsələn, azotifrazedici) və həmçinin parsial (yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsiyası, sekresiyası) funksiyaları təyin olunur.

Sidiyin nisbi sıxlığına görə böyrəklərin funksional vəziyyətinin təyini. Saglam bədəndə suyun miqdarı azaldıqda sidiyin də miqdarı azalır, onun nisbi sıxlığı artır və əksinə bədənə artıq maye daxil ol­duq­da sidiyin miqdarı artır, nisbi sıxlığı azalır. Beləliklə, böyrəklər bə­dənin daxili mühitinin sabitliyini təmin edir və bədəndə izovo­le­mi­ya, izohidriya, izoioniya, izoosmiya halını təmin edir. Bunlar anti­diuretik və antinatriuretik reflekslərin köməyi ilə baş verir. Dehid­ra­ta­siya zamanı hüceyrəxarici mayenin osmotik kon­sentra­siyası və anti­diuretik hormonun (ADH) ifrazı artır, bu da suyun kanalcıq rezorbsiyasına kömək edir. Bədənə artıq miqdarda maye daxil olduq­da hüceyrəxarici mayenin osmotik təzyiqi azalır, bunun nəticəsində ADH ifrazı azalır, bu da suyun rezorbsiyasını azaldır, diurez artır. Patoloji halda böyrəklərin beyin maddəsində osmotik qradiyent yara­na bilmədiyi üçün onların qatılaşdırma və durulaşdırma fəaliyyətləri pozulur (durulaşdırma fəaliyyəti, yəni böyrəyin osmotik aktiv maddələrin susuz rezorbsiya etməsidir).
Zimnitski sınağı
. Bu sınağı 1923-cü ildə S.S.Zimnitski böyrəklərin fəaliyyətini öyrənmək üçün təklif etmişdir. Üsulun əsas üstünlüyü ondadır ki, sınaq xəstənin adi rejimində aparılır.

Sınaq bir gün ərzində aparılır, xəstə hər 3 saatdan bir sidiyi ayrı-ayrı qablara yığır (8 porsiya). Hər porsiyada sidiyin miqdarı və nisbi sıxlığı təyin olunur. Sonra gecə və gündüz ifraz olunan sidiyin miq­da­rı hesablanır və müqayisə edilir. Sidiyin nisbi sıxlığının gün ərzin­də dəyişməsini öyrənməklə onun maksimal həddi müəyyən edilir. Nor­ma­da porsiyalarda sidiyin miqdarı 50-250 ml arasında, onun nisbi sıxlığı 1,005-1,028 arasında meyl edir, gündüz sidiyin miqdarı gecə sidiyin miqdarından iki dəfə çox olur. Gecə sidiyin miqdarının art­ması (nikturiya) böyrəklərin funksiyasının pozulmasını göstərir. Sidiyin xüsusi cəkisi 1,008-dən aşağı olduqda hipostenuriya adlanır və böyrəyin fəaliyyətinin ağır pozulmasını göstərir. Əgər sidiyin xüsusi çəkisi 1,008-1,012 arasında (yəni zülalsız qan plazmasının xüsusi çəkisinə bərabər) olduqda izostenuriya adlanır. Poliuriya, hi­pos­tenuriya və nikturiya həmişə ağır böyrək çatışmazlığından xəbər verir.
Zimnitski sınağı zamanı hətta bir porsiyada belə sidiyin nisbi sıxlığı 1,018-1,020-dən yüksəkdirsə, onda böyrək fəaliyyətinin qənaət­bəxş olması haqda nəticə çıxarılır.
Zimnitski sınağına modifikasiya olaraq 1952-ci ildə C.D.Reyzel­man hər ifraz olunan porsiya sidiyi ayrı yığmağı tövsiyə etmişdir. Testin qalan komponentləri Zimnitski sınağı kimi aparılır.
Durulaşdırma sınağı
. Səhər acqarına xəstəyə 30-45 dəqiqə ərzində 1-1,5 l su və ya açıq rəngli çay verilir. Sonra 4 saat ərzində hər yarım saatdan bir sidik yığılır. Sidiyin hər porsiyasının miqdarı və nisbi sıxlığı yoxlanılır. Sağlam adamlarda 4 saat ərzində 75% içilmiş su xaric olur və nisbi sıxlığı 1,003-1,001-ə düşür, birinci porsiya daha aşağı olur. Bədən kütləsinin hər kq-na 22 ml məhlul yeritməklə bu sınağın dəqiqliyi daha da artırılır. Böyrəyin funksiyası pozulduqda sidiyin nisbi sıxlığı 1,006-1,007 üzərində «monoton» olaraq qalır, çıxan sidik isə bədənə daxil edilmiş məhluldan xeyli az olur. Ağır böyrək çatışmazlığında sidiyin nisbi sıxlığı 1,009-1,011 olur, bu da ultrafiltratın nisbi sıxlığına bərabərdir. Yüksək arterial təzyiq və ödemlər olduqda sınağın aparılması əks göstərişdir.
Qatılaşdırma sınağı
. 36 saat ərzində xəstə maye içmir və duru yeməklər yeyir, beləliklə, bədənin dehidratasiyası yaradılır. Sidik 3 saatlıq intervalla gün ərzində 8 porsiyada yığılır (Zimnitski sınağı kimi). Hər porsiyanın miqdarı və sidiyin nisbi sıxlığı təyin edilir. Sağ­lam şəxslərdə sidiyin xüsusi çəkisi 1,028-dən yüksək olur, böy­rək çatışmazlığı olduqda xüsusi çəki 1,022-dən yuxarı qalxmır. Sına­ğın nəticəsi gündəlik diurez 400 ml-dən az olduqda hesab olunur. Kəs­kin böyrək xəstəliklərində, ürək-damar və böyrək çatışmaz­lı­ğında, arterial hipertenziyada sınaq əks göstərişdir.
Klirens sınaqları
. Böyrəklərdə gedən ayrı-ayrı prosesləri yumaq­cıq filtrasiyası, böyrək plazma dövranı, bəzi maddələrin kanalcıqla nəql olunması (məsələn, qlyukozanın reabsorbsiyası), yad maddə­lə­rin sekresiyası, sidik cövhəri və elektrolitlərin sidikdə xaric olma inten­sivliyi öyrənilir. Böyrək çatışmazlığını aşkar edib, dərəcəsini təyin etmək üçün qanda sidik cövhəri, indikan, qalıq azotu, kreatinin, ka­lium, natrium, kalsium, maqnezium və fosfatların səviyyəsinin yox­lanmasına əsaslanmaq olar.

Fəaliyyət göstərən böyrək parenximasının 75%-i məhv olduqda böyrək çatışmazlığı meydana çıxır. Ona görə fəaliyyətli nefron küt­lə­si məfhumu meydana çıxır və onun təyin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Fəaliyyətli  nefron kütləsinin yumaqcıq filtra­siyası gös­tə­ri­ci­si (normada 65-120 ml/dəq.), qlyukozanın maksimal reabsorbsi­yasının səviyyəsi (norma 300-500 ml/dəq.) və s. təyin olunur.
Böyrək funksiyasını öyrənmək üçün ən çox istifadə olunan klirens (clear – təmizləmə) sınaqlarıdır. Bu sınaq Van-Slaykın təklif etdiyi kimi bir çox maddələrin böyrəklərlə ifraz olunması prinsipinə əsaslanır. Bu üsulla yumaqcıq filtrasiyası və suyun kanalcıqlarda reabsorbsiyası təyin edilir. Bunun üçün elə maddələrdən istifadə olunur ki, onlar ancaq yumaqcıqda filtrasiya olunur, kanalcıqlarda isə nə reabsorbsiya, nə də sekresiya olunurlar.Hər hansı maddənin plazmadan yumaqcıq vasitəsilə 1 dəqiqə ərzində sidiyə keçən miqdarı həmin maddənin 1 dəqiqə ərzində xaric olunan sidikdəki miqdarına bərabər olmalıdır. Deməli, yumaqcıq filtrasiyasının səviyyəsini (F) hər hansı maddənin plazmadakı qatılığına (P) vurduqda təyin edirik. Bu miqdar həmin maddənin sidiklə xaric olan miqdarına bərabərdir, yəni bir dəqiqədə ifraz olu­nan sidiyin miqdarını (V) həmin maddənin sidikdəki qatılığına (U) vur­maqla bu kəmiyyəti alırıq. Bunu aşağıdakı düstur vasitəsilə ifadə etmək olar.

 

 

                                          F  x  P = U x V

Buradan:

                                          F = U x V / P

        

                                                                                                              alırıq.

Bu düsturda U, V, P qiymətlərini yerinə qoyduqda yumaqcıq filt­ra­siyasını alırıq, yəni bir dəqiqə ərzində qanın plazmasının nə qədəri hə­min maddədən tam azad olub, bu klirens adlanır. Adətən yumaq­cıq filtrasiyası endogen kreatinin təmizlənməsinə görə təyin edilir. Çün­ki kreatinin yumaqcıqdan filtrasiya olduqdan sonra kanalcıqda reabsorbsiya və sekresiya olunmur. Bu Reberq sınağı adlanır.

Bu sınağı apardıqdan sonra suyun kanalcıqda reabsorbsiyasını da hesablamaq olar. Belə qəbul olunur ki, kreatinin qatılığı qan plaz­ma­sın­da və yumaqcıq filtratında eynidir, onda kanalcıqdan ke­çən filtra­tın neçə dəfə qatılaşmasını təyin etmək olar. Onda reab­sorbsiyanın həddini, reabsorbsiya olunan suyun faizini təyin edirik:

                                       R =  (F - V) x100 / F

Sağlam şəxslərdə yumaqcıq filtrasiyasının kəmiyyəti 65-120 ml/dəq, suyun kanalcıq reabsorbsiyası  98,5-99% -dir.

  1926-cı ildə Reberq yumaqcıq filtrasiya sürətini ekzogen kreatininin köməyi ilə təmin etməyi təklif etdi. 1936-cı ildə E.M.Taryev yumaqcıq filtrasiyasını endogen kreatininin köməyi ilə təyin etməyi təklif etdi. Ona görə yumaqcıq filtrasiyasının endogen kreatininin klirensinə əsasən təyin olunması bəzən Reberq-Taryev sınağı da adlandırılır.

Kreatinin klirensini və yaxud yumaqcıq filtrasiyası aşağıdakı qaydada təyin edilir. Səhər saat 8.00-da xəstə sidiyini xaric edir və 0,5 l su və ya açıq rəngli çay qəbul edir. Sonra 2 saat ərzində saat 10.00-dək sidik yığılır. Sidiyin miqdarı təyin olunduqdan sonra dəqiqəlik diurez (V) və sidikdə kreatinin qatılığı təyin edilir (U). Saat 9.00-da venadan götürülən qan plazmasında kreatinin səviyyəsi təyin edilir (P).

F = U x V / P  düsturu ilə yumaqcıq filtrasiyası təyin edilir,

            

məsələn: V=1,2 ml/dəq, U=100000 mkmol/l

            P=100 mkmol/l

Rəqəmləri yerinə qoyduqda:

F = 100000 mkmol/l x 1,2 ml/dəq / 100 mk/mol/l  = 120 ml/dəq  alırıq.

Böyrək çatışmazlığı inkişaf etdikdə yumaqcıq filtrasiyası tədricən aşağı düşməyə başlayır və hətta 5-2-1 ml/dəq-ə qədər enə bilər. Kanalcıq  reabsorbsiyası isə 80-60% -ə qədər düşə bilir.

Bir qrup maddələr həm yumaqcıqlarda filtrasiya olunur,  həm də kanalcıqlarda sekresiya olduqları üçün qarışıq klirens verir: filtra­si­ya-reabsorbsiya, yaxud filtrasiya-sekresiya klirensi. Belə klirens böy­rəyin tam funksiyasını qiymətləndirməyə imkan verir. Bəzi mad­də­lərin (dioq­rast, fenolrot, paraaminhippur turşusu – PAH  və s.) kli­ren­si həddən yüksək olub böyrək qan cərəyanına (1 dəq. böyrəkdən keçən qan) yaxınlaşır və beləliklə, bu maddələrin köməyi ilə böyrək qan cərə­yanı təyin edilir.

Klinikada ən çox istifadə olunan sınaq kreatinin klirensidir. Bu sınağın nəticəsinə görə böyrəklərin funksional vəziyyəti haqda obyektiv mühakimə yürütmək olar. Dinamikada təyin olunduqda sınağın praktik qiyməti daha da artmış olur. Belə ki, yumaqcıq filtrasiyasının 1,5-2 il ərzində 50 – 40 ml/dəq. düşməsi xroniki böyrək xəstəliyinin (qlomerulonefrit, pielonefrit) nefroskleroz mər­hə­­ləsinə keçməsini göstərir və xroniki böyrək çatışmazlığı haqda fikirləşməyə əsas verir.

                                             Ultrasəs müayinəsi

 Böyrəklərin və sidik yolları orqanlarının xəstəliklərinin diaq­no­zu­nun qoyulmasında ultrasəs müayinə (USM) üsullarının əhəmiyyəti çox mühümdür. Bu müayinə üsulu qeyri-invaziv olmaqla tez-tez tək­rar­lana bilir. Müayinə zamanı böyrəyin olmasını, lokalizasiyası, yer­lə­şməsi, forması, strukturu, konkrementlərin olması, sidik yolları boş­luqlarının vəziyyəti və sairə qiymətləndirilir. Böyrəklərdə cüzi hal­da olan morfoloji dəyişiklikləri aşkar etməklə onların funksional vəziy­yətini qiymətləndirməyə imkan verən ultrasəs müayinə üsulu xəstə­liklərin erkən diaqnozunun qoyulmasına imkan yaradır. Əldə edilmiş müayinə göstəricilərinin kliniki, laborator, endoskopik və morfoloji müayinə nəticələri ilə bir yerdə analiz edib interpritasiyası, bir tərəfdən xəstəliyin dəqiq diaqnozunu təyin etməyə, onun dina­mi­ka­sını qiymətləndirməyə, digər tərəfdən  düzgün qərar qəbul etməyə kömək edir. Ultrasəs müayinəsinin köməyi ilə punksion biopsiya aparılır, böyrəyin kasacıq-ləyən sistemini punksiya edərək perkutan manipulyasiyalar yerinə yetirilir, nefrostomiya edilir və s.

Üsulun mahiyyəti ultrasəs siqnalının müayinə olunan orqandan əks olunaraq qeyd olunmasıdır.

Müayinə metodikası. Ultrasəs müayinəsi bel tərəfdən, qarının ön və yan tərəflərindən aparılır. Ötürücünün dəri ilə yaxşı təması üçün xüsusi səskeçirən geldən istifadə olunur. Qabırğalar böyrəklərin yu­xarı qütbünü örtdükləri üçün müayinə dərindən nəfəs alıb sax­ladıqda aparılır. Hamiləliyin ikinci yarısından sonra böyrəklər ayaq üstə vizualizasiya olunur.

Müayinə adətən bel tərəfdən, xəstə qarın üstə uzandıqda aparılır. Böyrəklərin yerləşməsini təyin etmək üçün əvvəlcə böyrəklər boylama, sonra eninə skanlanır. Qarnın ön və yan tərəflərindən apa­rıl­mış müayinələr böyrəklərin parenximası, kasacıq-ləyən sistemi və damarları haqda tam məlumat almağa imkan verir. Sağ böyrək ön tərəfdən qaraciyərdən keçməklə müayinə olunur, odur ki, o sola nisbətən daha yaxşı görünür, çünki qaraciyər ultrasəs siqnalını yaxşı ötürür. Sol böyrəyin öndən müayinəsi zamanı bağırsaq ilgəklərində olan qaz ultrasəs siqnallarına mane ola bilir. Bunun qarşısını almaq üçün ötürücü sol orta körpücük xəttində boylama yerləşdirilir. Böy­rə­yin həcmi və böyrək ləyənində, sinusunda aşkar edilmiş bəzi törə­mə­lərin hərəkətliliyi haqda məlumat almaq üçün xəstəni böyrü üstə müayinə edirlər. Böyrəyin hərəkətliliyi nəfəsalma zamanı, dərin nəfəs alıb gücəndikdə (Valsalva sınağı) və şaquli vəziyyətdə vizual qiymətləndirilir və ya ölçülür.

Normal böyrəklər. Sağlam şəxslərdə USM zamanı normal böy­rək­lərin uzunluğu 7,5 – 12 sm, eni 4,5 – 6,5 sm, qalınlığı 3,5 – 5,0 sm-dir. Böyrəklər arasındakı fərq 1,5 – 2 sm-dən çox olmamalıdır. Boy­lama istiqamətdə böyrək ovoid exoneqativ törəmə kimi vizuali­za­siya olunur, ətraf toxumadan yaxşı fərqlənir. Böyrək sinusu böy­rə­yin mərkəzində yerləşərək, uzanmış sahə şəklində olub, atrmış exo­ge­n­liyə malikdir. Köndələn müayinə zamanı onun forması oval və ya dai­rəvi forma alır. Böyrəyin xarici səthində qalınlığı 1,5 mm olan exo­pozitiv fibroz kapsula təyin olunur. Ondan kənara ətraf piy toxu­ma­sı aşağı exogen zona kimi vizualizasiya olunur.

Böyrək parenximası çox incə, demək olar ki, anexogen daxili struktura malikdir. Bunu nəzərə almaq vacibdir, çünki normal struktura yanlış olaraq çoxlu kista kimi qiymətləndirilə bilər. Bəzi halda kapsula ilə sinus arasında çoxlu dairəvi exoneqativ törəmələr – böyrək piramidləri aşkar edilir. Onların diametri 0,5-dən 0,9 sm-ə qədər olur. Normal hallarda böyrək parenximasının sahəsinin sinusun sahəsinə nisbəti 2:1-ə bərabər olur və bu göstərici uşaqlarda çox, yaşlı şəxslərdə az olur.

Kasacıqlarda az miqdarda sidik olduqda onlar kiçik dairəvi exo­ne­qativ (mayeli), diametri normada 0,5 sm-dən çox olmayan  törəmə kimi aşkarlanır. Əksər hallarda böyrəyin qapısında ləyən də, xüsusən köndələn kəsikdə, qarının ön-yan tərəfindən müayinə apardıqda, təyin olunur, diametri 0,5 sm-dən çox olmamalıdır.

Böyrək damarları qarnın ön divarından köndələn, yaxud çəp istiqamətlərdə müayinə apardıqda təyin oluna bilər.

Böyrək anomaliyası. Böyrək anomaliyalarına-aplaziya (anadan­gəl­mə tək böyrək), hipoplaziya, distopiyalar, böyrəklərin bir-birinə mü­nasibət anomaliyaları, kistoz dəyişikliklər, yuxarı sidik yollarının ikiləşməsi aiddir.

Böyrək aplaziyası USM köməyi ilə təyin olunur. Bu zaman bir tərəfdə böyrək aşkarlanır, digər tərəfdə isə böyrək yerində olmur və onun distopiyası da (bel, qalça, çanaq) inkar edilir.

Böyrək hipoplaziyasını iltihab nəticəsində büzüşmüş böyrəkdən fərqləndirmək çətin olur. Hipoplaziya zamanı orqanın ölçüləri kiçilir, amma parenximanın sahəsinin sinusun sahəsinə nisbəti normada ol­du­ğu kimi qalır, həm də böyrəyin konturları və strukturu dəyişilmir. Bu sualın düzgün cavabını vermək üçün USM nəticələri başqa kli­niki məlumatlarla müştərək qiymətləndirilməlidir.

Böyrək polikistozu zamanı orqanın ölçüləri böyüyür, paren­xi­ma­da çoxlu müxtəlif formalı və ölçülü exoneqativ zonalar vizualizasiya edilir. Müasir cihazların köməyi ilə diametri 1 sm-dən çox olan bütün kistalar aşkarlana bilir.

Böyrək kistaları rahat təyin olunur, hamar konturlu olub dairəvi  və ya oval formada, daxili strukturu olmayan exogen törəmə kimi aşkar edilir. Mərkəzdə yerləşən kistalar böyrək sinusunu deforma­siya­ya uğradır, böyük kistalar zamanı böyrəklərin ölçüləri böyüyür, konturları dəyişir. Solitar kistaların aşkarlanmasında USM-in etibar­lı­lı­ğı 98 % -dir.

Parapelvikal kistalar sinusda və böyrək qapısı nahiyəsində yer­lə­şir. Onlar mərkəzdə yerləşən mayeli törəmə kimi oval, dairəvi for­ma­larda olub bəzən hətta ləyən ilə çətin differensasiya olurlar.

Multikistoz böyrəkdə müxtəlif ölçülü mayeli törəmələr praktiki olaraq bütün parenximada aşkarlanır və bəzən çoxsaylı kirəcləşmələr qeyd olunur. Polikistozdan fərqli olaraq bu xəstəlik birtərəfli olur, çün­ki böyrəyin ikitərəfli multikistozu həyat ilə uyuşmayan anoma­li­ya­dır.

Böyrək parenximasının şişləri dairəvi və ya oval, kələ-kötür kon­tur­lu törəmə kimi aşkar olunur, hətta bəzən böyrəyin ölçüləri də bö­yü­­yür. Yeni törəmə sinusda olduqda onun deformasiyası, kasacıq lə­yən sistemini sıxdıqda onun genişlənməsi təyin edilir. Strukturuna gö­rə şiş bərkimiş toxuma ilə yanaşı müxtəlif formada və ölçüdə ma­ye­­li törəmə ilə xarakterizə olunur. Diametri 2 sm.-dən çox olan şişlər USM ilə aşkar oluna bilirlər və üsulun etibarlılığı 97,3 %-ə bərabərdir.

Kəskin pielonefrit zamanı paranefral toxumanın ödemi aşkar edilir. Böyrək karbunkulu kiçik ölçüdə olduqda (diametri 1-1,5 sm) paren­ximada seyrəkləşmiş törəmə kimi görünür, həmin nahiyədə böyrəyin konturu qabarır. Karbunkuldan fərqli olaraq vərəm kaver­na­sı adətən daha böyük ölçülüdür, exopozitiv kapsulu aşkarlanır, bəzən kirəclər vizualizasiya olunur.

Xroniki pielonefritin hər hansı səhih ultrasəs əlaməti yoxdur. Aşkar edilən - böyrək ölçülərinin azalması, konturun qeyri-düzgün­lüyü, parenximanın, sinusun dəyişilməsi kliniki-laborator müayinə nəti­­cələri ilə müştərək pielonefrit diaqnozunu qoymağa kömək edə bilər. Xəstəliyin çox inkişaf etmiş hallarında, böyrək büzüşməsi ilə nəti­cələnən təsadüflərdə diaqnoza, demək olar ki, şübhə qalmır. Bütün bunlara baxmayaraq xroniki pielonefritin diaqnozunu ancaq USM-ə əsasən qoymaq olmaz.

Paranefral absesin diaqnozunu USM zamanı alınan nəticələrə əsasən qoymaq olur, bu zaman şiş ilə differensasiya etmək lazım gəlir.

Böyrək vərəmi. Məhdud destruktiv proseslər (papillit) zamanı an­caq kirəcləşmə olduqda müayinə patoloji prosesi aşkar edə bilir. Fibroz-kavernoz vərəmdə kaverna aydın konturlu, dairəvi və ya oval, exo­neqativ törəmə kimi aşkar edilir. Vərəm pionefrozu praktiki ola­raq kalkulyoz pionefrozdan fərqlənmir, amma daxilində exopo­zi­tiv törəmələr daş yox, kirəcləşmiş destruksiya ocaqları kimi qəbul olun­malıdır.

Nefrolitiaz. Diametri 0,5 sm-dən çox olan konkrementlər çətinlik yaratmadan aşkar edilirlər. Ayrılıqda daş dəqiq konturlu, exopozitiv törəmə kimi, kasacıq-ləyən sistemində aşkarlanır. Onun arxasında akustik kölgəliyin olması diaqnozun doğruluğuna şübhə yeri qoy­mur. Daşın kimyəvi tərkibi USM nəticələrinə təsir etmir, bu üsul onu aydınlaşdıra da bilmir. Bəzən yastı daşlar pis vizualizasiya olunduğu üçün belə xəstələr polipozision vəziyyətlərdə müayinə olunurlar. Bəzən hətta USM apardıqdan sonra poliuriya yaratmaq məqsədi ilə xəstəyə maye və hətta saluretik verilir, sonra yenidən müayinə tək­rar­lanır. Bununla belə bəzi hallarda böyrəkdaşının hiperdiaq­nos­ti­kası da müşahidə olunur, böyrəkdə olan kristallar, damar divarının bər­ki­məsi və s. daş kimi qəbul olunur, halbuki akustik dalğanın olmaması belə nəzərə alınmır. Mərcanvari daşların USM vasitəsi ilə aşkar­lanması bəzən kəskin emfizematoz pielonefritlə səhv salına bilər.

Sidik axarı daşları USM-nin köməyi ilə asan aşkar edilirlər, amma sidik axarının yuxarı, xüsusən orta 1/3-də olan daşlar bağırsaq ilgək­lə­rindəki havanın maneə törətdiyinə görə pis vizualizasiya olu­nur­lar. Sidik axarının intramural hissəsində olan daşlar sidik kisəsini ma­ye ilə doldurduqda yaxşı görünürlər və akustik «cığır» aşkarlanır. Kasa-ləyən sistemi ilə sidik axarının genişlənməsi böyrəkdaşının do­la­yı əlamətlərindən sayılmalıdır.

Hidronefroz. USM zamanı alınan nəticələr prosesin ağırlıq dərə­cə­sindən və kasacıq-ləyən sistemində sidiyin passajının pozul­ma­sı­nın davamiyyətindən, böyrək parenximasının atrofiya dərə­cə­sin­dən asılı olur. İlk mərhələlərdə pieloektaziyadan başlayaraq müxtəlif də­rə­cəli dilatasiyalar və hətta ureterohidronefroz aşkar edilir. Bu zaman böyrək parenximasının qalınlığı proqressiv azalır, kasacıq-ləyən sisteminin retension dəyişikliklərini parapelvikal kista və ya böyrək sinusu kistası ilə differensasiya etmək lazım gəlir. «Lal böyrək» zamanı USM diaqnozu dəqiqləşdirməyə çox kömək edir, çünki başqa üsullarla informasiyaların alınması çox təsadüflərdə nəticəsiz qalır.

Bəzi hallarda medikamentoz poliuriyadan (vena daxilinə 10 mq furosemid) funksional yüklənmədən istifadə olunaraq yuxarı sidik yollarının ehtiyat imkanları funksional qiymətləndirilir. Bunun üçün böyrəklərin ilkin müayinəsi, kasacıq-ləyən sisteminin ölçülərinin təyin olunmasından sonra furosemid bədənə yeridilir. Sonrakı dövr­də hər 5 dəqiqədənbir müayinə təkrar olunur. Bu zaman poliuriyaya ca­vab olaraq kasacıq-ləyən sisteminin dilatasiyası müşahidə oluna bilər və onun dərəcəsi təkrar ölçmələrlə təyin edilir. Normal halda dilatasiya olmur, ya da 10 dəqiqədən artıq davam etmir. Farma­ko­so­noq­rafiya zamanı kasacıqların, ləyənin uzunmüddətli dilatasiyası sidik yollarının proksimal hissəsində maneənin olmasını göstərir. Hidronefroz zamanı farmakosonoqrafiya apardıqda kasacıq-ləyən sisteminin dilatasiyası və ağrının əmələ gəlməsi böyrəklərdə yığılma qabiliyyətinin tam itmə­məsini göstərir.

Beləliklə, texniki cəhətdən sadə görünən USM bəzən interp­re­ta­si­ya­sı çətin olan çox mürəkkəb dəyişiklikləri aşkar edir. Odur ki, bu diaqnostika üsulunun nəticələrini xəstələrin kliniki-laborator və baş­qa instrumental üsullarla müayinə parametrləri ilə bir yerdə  qiymət­lən­dirmək lazımdır.

              Ultrasəs dopleroqrafiyası

Bu metod 1842-ci ildə İsveçrə alimi İ. Doppler tərəfindən kəşf edilmiş və onun şərəfinə ad almış fiziki fenomenə əsaslanır. Doppler effekti ondan ibarətdir ki, ultrasəs siqnalı hərəkət edən obyektdən siq­nalın yayılma oxu boyunca əks olunduqda hərəkət sürətinə mü­tə­na­sib olaraq dəyişir. Ultrasəs dalğalarını generasiya edən obyekt ötü­rü­cüyə doğru hərəkət etdikdə əks olunan siqnalların tezliyi artır və əksinə, uzaqlaşan obyektdən əks olunduqda – azalır.

Qan dövranının müayinəsi. Böyrək arteriyalarının vizualizasiyası və doppler informasiyasını almaq üçün müxtəlif yollardan istifadə olu­nur: ön (transabdominal), arxa (translumbal), yan (dekubital). Böyrək arteriyasının bütün boyunu müayinə etmək üçün polipo­zi­si­on üsuldan istifadə olunur. Qarın boşluğunda mayenin toplanması, damarların kalsifikasiyası, xəstənin artıq bədən çəkisi müayinəyə mane olan faktorlardır. Böyrək qan dövranı keyfiyyət və kəmiyyətcə qiymətləndirilir.

Böyrək qan dövranının keyfiyyətcə qiymətləndirilməsi üçün aşa­ğı­dakı göstəricilər nəzərə alınır:

- böyrək damarlarının keçiriciliyi (keçiricilik var, tutulub);

- damarların ölçüsü (norma, daralma, dilatasiya);

- damar divarının hərəkətliliyi (rigid, artıq hərəkətli);

- intima-mediya kompleksinin vəziyyəti (bərkliyi, qalınlığı, sət­hin forması, eyniliyi);

- damardaxili dəyişikliklər (aterosklerotik düyünlər, tromblar, intimanın patoloji aralanması, anevrizmalar);

- perivaskulyar toxumanın vəziyyəti.

Qan dövranının kəmiyyətcə qiymətləndirilməsi üçün müxtəlif indekslər hesablanır. Bu üsulun köməyi ilə böyrək arteriyaları vi­zualizə olunur, onun diametri ölçülür, qan dövranı keyfiyyət və kə­miy­­yətcə öyrənilir və lazım olduqda yükləyici farmakoloji sınaqlar da aparılır, müalicənin təsirini yoxlamaq üçün müayinələr dina­mi­ka­da təkrarlanır, alınmış nəticələr kontralateral böyrəyin müayi­nə­sin­dən alınan nəticələrlə müqayisə edilir.

 Rentgenoloji müayinələr

İcmal uroqrafiya. Rentgen müayinəsi zamanı böyrəklər görünmür. Amma arıq adamlarda icmal uroqrammada böyrəklərin oval köl­gə­sini onurğa sütununun hər iki tərəfində XI döş və III bel fəqərələri səviy­yəsində görmək olar. Eyni zamanda böyrək və sidik yolla­rın­da­kı daşların kölgəsi də ayırd edilə bilir. Adi rentgen şəkildə oksalat və fos­fat duzlarından olan daşlar yaxşı görünürlər, amma sidik turşu­sun­dan ibarət olan daşlar görünmürlər. Bəzi hallarda retrope­ritoneal və böyrəkətrafı sahələrə oksigen yeridilir və alınan rentgen şəkillər pnev­moren, yaxud pnevmoretroperitonium adlanır.

Ekskretor uroqrafiya. Ən çox istifadə olunan ekskretor uroqrafiya (venadaxili uroqrafiya) klinikada böyrək və sidik yollarının morfo­loji və funksional vəziyyətini öyrənməyə kömək edir. Bunun üçün vena da­xi­linə yod tərkibli kontrast maddə - 30-50% 25-40 ml triomb­rast (veroqrafin, urotrast və s.) yeridilir. Sonra 7, 15 və 25-ci dəqi­qə­lər­də böy­­rəklərin rentgen şəkli çəkilir. Kontrast maddə böyrəklər tərəfindən ifraz olun­maq­la onun funksional vəziyyəti haqda məlumat verir. Bun­dan başqa böyrək­lə­rin yerləşməsi, forması, ölçüləri, böy­rək kasacıq-lə­yən sisteminin, sidik axarının vəziyyəti haqqında mə­lu­mat əldə edilir, ey­ni zamanda böyrək­lər­də olan daş, şiş və s. aid dəyişikliklər aşkar edilir.

Böyrək çatışmazlığı olduqda kontrast maddə ifraz olunmadığı üçün ekskretor uroqrafiyanın diaqnostik əhəmiyyəti olmur, hətta böyrək çatışmazlığında bunun aparılması əks-göstəriş sayılır. Ona görə ekskretor uroqrafiya aparmaq üçün həmişə Zimnitski sınağı yerinə yetirilməlidir. Əgər sidiyin nisbi sıxlığı bir və ya bir neçə porsiyada 1.016-dan yüksək olmazsa, onda ekskretor uroqrafiya yox, infuzion uroqrafiya aparılır.

İnfuziyon uroqrafiyaya göstərişlər:

1.   Xəstədə xronik böyrək çatışmazlığı olduqda;

2.   Sidik yollarının tam vəziyyətini müəyyən etmək lüzumu mey­dana çıxdıqda;

3.   Ekskretor uroqrafiyada məlumat az olduqda.

İnfuzion uroqrafiyanı yerinə yetirmək üçün 10-15 dəqiqə ərzində vena daxilinə 200-250 ml 25%-li kontrast maddə yeridilir. Birinci rentgen şəkli kontrast maddə yeridilən kimi edilir. Sonrakı şəkillərin çəkilmə vaxtı əvvəlki şəkillərin nəticələrindən asılı olur.

Bəzən ekskretor və infuzion uroqrafiyaların nəticələri aydın olma­dıqda xəstələrə retroqrad ureteropieloqrafiya edilir. Bunun üçün sidik kisəsinə yeridilmiş sistoskopdan sidik axarına xüsusi kateter (18-25 sm) salınır və kateterlə yodlu maddə (3-5 ml), yaxud oksigen yeridilərək böyrək ləyəninin rentgen şəkli çəkilir.

 Böyrək arterioqrafiyası

Bəzi böyrək xəstəliklərinin - böyrək şişi, kistası, polikistoz, böyrək damarlarının stenozu diaqnozunu dəqiq qoymaq üçün böyrək angioq­ra­fiyası (arterioqrafiya, venoqrafiya) edilir. Arterioqrafiya əmə­­liy­yatını yerinə yetirmək üçün Seldinger üsulu ilə bud arteri­ya­sından aorta­ya xüsusi kateter yeridilir və böyrək arteriya­la­rından yuxarı səviyyəyə çatdırılır (lazım olduqda kateterin ucu böyrək arte­riyasına salınır - selektiv arterioqrafiya) və kateterlə 60-80 ml kont­rast maddə vurmaqla ardıcıl rentgen şəkillər çəkilir. Alınmış şəkil­lərdə böyrək arteriyaları və onların şaxələri, böyrək parenximası və ka­sacıq-ləyən sistemi görünür.

 Rentgen kompyuter tomoqrafiyası (KT)

 Son illər nefroloji xəstələrin müayinəsində geniş istifadə olunur. Üsul ardıcıl olaraq bədənin köndələn laylarının alınmasına və məlu­matların ağ-qara və rəngli şəkildə ekrana verilməsinə əsaslanır. Sonra nəticələrin rentgen şəkli çəkilir, ya da printerdə çap olunur.

Nefrologiyada KT böyrək şişlərinin, polikistozunun və daşlarının, böyrəküstü vəzilərinin şişlərinin diaqnozunu qoymağa, böyrək trav­ma­larında onların zədələnmələrini təyin etmək üçün istifadə edilir. Qeyri-invaziv üsullar arasında KT ən dəqiqlərdən sayıla bilər, çünki bəzi hallarda kontrast maddə ilə də aparıla bilər. KT, USM və maqnit-rezonans üsullarının istifadəsi böyrək xəstəliklərinin dəqiq diaqnozunu qoymağa imkan verməklə pnevmoren və presakral retrop­nevmoperitonium kimi invaziv üsullardan imtina etmək imka­nı­nı vermişdir.

 Maqnit-rezonans tomoqrafiyası

Maqnit-rezonans tomoqrafiyası (MRT) nisbətən yeni, inkişaf edən, qeyri-invaziv, yüksək informativ müayinə üsuludur. Üsulun üstünlüyü ondan ibarətdir ki, bu zaman böyrəklərin, peritonarxası sahənin və qarın boşluğu orqanlarının nəinki horizontal (köndələn), istənilən müstəvidə (frontal, sagital) dəqiq şəklini almaq mümkün olur. Müxtəlif proyeksiyalarda alınmış məlumatların tutuşdurulması böyrəkdəki patoloji ocağın (şiş, kista, konkrement, destruksiya, sidiyin retensiya zonaları və s.) dəqiq vəziyyəti haqda məlumat almağa, onun sağlam böyrək toxumasına, damarlara, kasacıq-ləyən sisteminə və həmçinin qonşu orqanlara münasibətini aydınlaş­dır­mağa imkan verir. Ətraf orqanların, damarların, limfa düyünlərinin vəziyyətinin öyrənilməsi şiş prosesinin xarakteri, yayılması haqda dəqiq məlumatlar əldə etməyə kömək edir. MRT müayinəsi rentgen­kont­rast maddələrə qarşı həssaslığı olan insanlarda, ateroskleroz pro­sesi nəticəsində angioqrafiyanın aparıl­ması mümkün olmadıqda, xro­ni­ki böyrək çatışmazlığında belə xəstələrdə aparılması mümkün oldu­ğu üçün qiymətli sayılmalıdır. Şüa yükünün olmamasını da nə­

menu_information.png Rəylər
#1 | farid555agayev tərəfindən yazılıb. Yazılma tarixi ->> 31.01.2012 00:36:38 
Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/includes/bbcodes/code_bbcode_include.php on line 20

Hekim men Qara ciyər transplantasiyası donoru olmaq istiyirem 2+qrupum. çəkim 70kq. yaşım 29. sağlam oğlanam heç vaxt içən olmamışam. Vacib 80000azn pula ehtiyacımiz var. 1 yashinda oglum var ona gore edirem. bunun ucun lazim olan resipiyenti nece tapim? transplantasiya banklarini hardan tapim? tel: 055-527-47-50. farid555agayev@mail.ru
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 3
bullet.gif Xətdəki qonaqlar: 3
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 619
bullet.gif Ən yeni istifadəçi: 5
- semed
- ulvi15
- umqztrrm
- stingypiffle5
- placidbanister9
menu_open.gif Təqvim
November 2014
Be Ça Ç Ca C Ş B
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr