Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: “Göbələk xəstəliyi” və ya ayaq barmaqlarında “parfümeriya”- nın acı nəticələri
02.09.2014 09:15:27
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif “Göbələk xəstəliyi” və ya ayaq barmaqlarında “parfümeriya”- nın acı nəticələri

Dəriyə qulluq istər sağlamlıq, istərsə də estetika baxımdan hər zaman aktualdır
.
Öz növbəsində “Sağlam Xəbər” qəzetində biz vaxtaşırı bu barədə oxuculara geniş məlumatlar verməyə çalışırıq.
Ekspertimiz, tanınmış dermatoveneroloq, Medi lüks klinikasının həkimi Hikmət Abbasovun təqdimatında göbələk xəstəliyi barədə məqaləni nəzərinizə çatdırırıq
 

 articles: HikmetAbbasov-doktor.jpgDəriyə qulluq istər sağlamlıq, istərsə də estetika baxımdan hər zaman aktualdır.Öz növbəsində “Sağlam Xəbər” qəzetində biz vaxtaşırı bu barədə oxuculara geniş məlumatlar verməyə çalışırıq. Bu sayımızda ekspertimiz, tanınmış dermatoveneroloq, Medi lüks klinikasının həkimi Hikmət Abbasovun təqdimatında göbələk xəstəliyi barədə məqaləni nəzərinizə çatdırırıq. 

 Dərinin funksiyası

 İlk öncə qeyd etməliyəm ki,Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – öyrənmək deməkdir) – dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir

Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı — epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.
Xüsusi dəri və ya derma epidermisə nisbətən daha qalındır. O, lifşəkilli birləşdirici toxuma hüceyrələrindən ibarətdir. Bunların arasında elastik liflər yerləşir ki, bunlar da dəriyə elastiklik verir. Xüsusi dəridə piy və tər vəziləri, tük kisəcikləri, reseptorlar, dəri kapillyarları və limfa sahələri yerləşir.
Piy vəziləri ifraz etdiyi dəri piyi ilə epidermisi və tükləri yumşaldır. Baş, üz və bel nahiyələrində onların sayı daha çoxdur. Tük və dırnaq epidermisin törəmələridir. İnsanda dəri örtüyü tüklərlə təchiz olunmuşdur. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir.
Dərialtı təbəqədə piy qatı yerləşmişdir ki, bunun da qalınlığı hər yerdə eyni deyildir. Dərinin funksiyalarından ən əvvəl qoruyucu funksiyasını göstərmək lazımdır. Orqanizmin xarici mühitin mexaniki, fiziki, kimyəvi və bioloji təsirlərindən mühafizə olunmasında dərinin rolu böyükdür.
Dəri orqanizmdə duyğu orqanı kimi də funksiya daşıyır, burada lamisə, təzyiq, temperatur hissi yaradan reseptorlar yerləşir.
Dəri bədən temperaturunun sabit saxlanılmasında mühüm yer tutur. Onun tər vəziləri və zəngin kapillyar sistemi orqanizmin xarici mühitin dəyişkən temperaturu şəraitinə uyğunlaşmasında mühüm rol oynayır. İnsanda dərinin tənəffüs funksiyası olduqca zəifdir. Dəri eyni zamanda orqanizmin mühüm qan deposu kimi də fəaliyyət göstərir. Onun kapillyarlarında 1000 ml-dək qan yığıla bilər.
Dərinin ifrazat funksiyası xeyli yüksəkdir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tərin tərkibində 98% su, 2% üzvi və qeyri-üzvi maddələr, o cümlədən, natrium-xlorid, sidik cövhəri, ammonyak və s. vardır. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir.
Burada temperatur tənzimi mərkəzi də yerləşir.

Yeri gəlmişkən

Əgər üzünüzün dərisinin həmişə təravətli olmasını istəyirsinizsə, çoxlu çiy tərəvəz və tərəvəzli xörəklər yeyin. Həmçinin meyvə və tərəvəz vasitəsilə orqanizm külli miqdarda vitaminlər, qlükozidlər, mineral duzlar və s. qiymətli maddələr alır. Onu da qeyd etmək lazımdır ki, bədəndə bu maddələrin çatışmaması ağır xəstəliklərə səbəb ola bilər. Məsələn, «A» vitamini çatışmadıqda, dəri quru və kobud olur, elastikliyini itirir, əllərin və ayaqların dərisi yarılır, tez zədələnir. Tərkibində «A» vitamini olan ərzaq məhsulları işıqlı yerdə saxlanılmamalı və çox isti su ilə yuyulmamalıdır.«B» qrupu vitaminlərinin orqanizmdə çatışmaması saçların tökülməsinə və gec böyüməsinə, dəridə müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.«B» vitamini – süddə, qara çörəkdə, qozda, göbələkdə, xüsusilə, mayada, qaraciyərdə, pendirdə, tərəvəzdə daha çox olur.
Zədələnmiş dərinin bərpasında, üzə ləkə düşdükdə və eləcə də, qocalmanın qarşısının alınmasında «С» vitaminindən geniş istifadə edilir.«S» vitamini – qarağatda, kartofda, duzlu kələmdə, limonda, həmçinin göyərtidə, meyvə və giləmeyvələrdə də çox təsadüf olunur.Tərkibində «С» vitamini olan məhsullardan hazırlanmış xörək süfrəyə verilən vaxt bişirilsə, daha yaxşı olar.

 

 Göbələk xəstəliyi

articles: GOBELEk.jpgGöbələk xəstəliklərinin formaları çoxdur.Xüsusilə yaz-yay aylarında belə xəstəliklərdən əziyyət çəkənlər çoxalır.Göbələk xəstəlikləri birinci növbədə dərini və dırnaqları zədələyir. Onlardan ən çox rast gəlinəni pəncə dirnağını zədələyən mikozdur. Çox təəsuf ki, biz öz dırnaqlarımıza və dərimizə bizi üzgüçülük hovuzuna buraxmayanda, bizlə göruşəndə əl uzatmayanda fikir verməyə başlayırıq. Nə baş verir?..Özünüzə sual verirsiniz və dərinizə, dırnaqlarınıza baxırsınız, görürsünüz ki, sizin dırnaqlarınız (çox vaxtı ayağınızın baş və çeçələ barmaqları) ciddi dəyişiklilklərə məruz qalıb. Əgər dırnaqlarınızın üzərində uzununa ağımtıl-sarı xəttlər yaranıbsa, prosses artıq başlayıb. Lap gec mərhələlərdə dırnağın rənginin, formasının və strukturunun dəyişilməsini müşahidə etmək olar: onların səthi düz olmur, strukturu-yumşaq, rəngi sarımtıl-boz və dırnaqlar ovxalanmağa başlayır, sonra isə dırnaq lojasından qopur.
Pəncələrin rəngi dəyişməyə başlayır, onun qabığı soyulur, qirmizimtil rəng alır, ayaq barmqlarının arasında çatlar, pis qoxu əmələ gəlir və bu qaşınma, yeriyəndə xoşagəlməz hisslər yaradır. Yaz-yay fəsillərində pəncələrdə dərinin vəziyyəti pisləşir, bir müddətdən sonra isə xırda qovuqlar yaranır, bunlar tədricən iri qovuqlara cevrilirlər. Dərinin bu cür vəziyyəti orqanizmin ümumi vəziyyətinə təsir göstərir: temperaturun yüksəlməsinə, zəifliyə, əzginliyə, qasıq limfa vəzilərinin böyüməsinə səbəb olur. Bəzən yaranan qovuqcuqlar ağimtil çalar alır və bu o deməkdir ki, sizin problemlərinizin üstünə biri də - infeksiya da əlavə olundu. 5-7 gün ərzində qovuqlar açılır və təcili müalicə tələb edən qırmızı erroziyalar yaradır. Digər bir göbələk xəstəliyi dərininin qizarması, yuksək qurumasi və qabiq vermə ilə xarakterizə olunur. Bu proses pəncənin alt tərəfindən yan tərəfə yayılır. Qirmizi, şişmiş dərinin fonunda tokulmuş una bənzər yüksək qabıq vermə və ağrıyan çatlar yaranır. Sonra əl barmaqları və dırnaqlar zədələnir.
Bu tipik göbələk xəstəliyinin təsviri idi və sözsüz ki, buna təkcə diabetiklər tutulmur. Lakin diabet xəstəliyində qan dövranının ayaqlarda və pəncələrdə pozulmasına görə, göbələk xəstəliyinə meyillilik yüksək olur. Qanda şəkər yüksək olduqda o, tək sidiklə yox, tərlə də ifraz olunur, nəticədə pəncələrdə və barmaqların aralarında şəkərlə zəngin isti nəm mühit yaranir. Bu da infeksiyaların yaranması və inkişaf etməsi üçün ideal yerdir. Bu xəstəliyin yaranmasının mümkünlüyü sağlam insanlardan fərqli olaraq diabetiklər üçün daha çoxdur və buna görə lazım olan ehtiyyat tədbirləri görmək lazımdır.

Göbələyin profilaktikası və müalicəsi

“Hamamda gizlənmiş xəstəlik”

Göbələkdən, epidermofitiyadan qorunmaq üçün şəxsi gigiyenaya xüsusi diqqət yetirmək olduqca vacibdir.Ayaqları tez-tez yumaq lazımdır.Fikir vermisinizsə, namaz qılan şəxslərdə göbələk nadir halda olur.Çünki onlar gün ərzində 3-5 dəfə dəstəmaz alırlar.Dəstəmaz zamanı ayaqlarını yuyurlar.”Təmizlik imandandır” deyimi həqiqətən çox dəyərli kəlamdır.Ruhi və fiziki təmizlik bir arada olsa gözəldir.

Unutmayın ki, göbələk xəstəliyi  başqalarının ayaqqabı və şəpitlərindən, habelə hamamlardan keçə bilər. Heç kimə öz ayaqqablarınızı istifadə etməyə icazə verməyin və özgənin ayaqqablarından istifadə etməyin.Təmiz pambıq corablar geyinmək, sintetik corablardan, dermantin ayaqqabılardan uzaq olmaq lazımdır.Əgər şübhəli məqam varsa, heç olmasa ayaqqabıların içliyini dəyişin.
 Ayaqqabılarınızı dezinfeksiya edin. Bunun üçün xüsusi vasitələr var və ya evdə kağızı sirkədə isladın, bükün, ayaqqablarınızın içinə qoyun, bir günlük ayaqqabları polietilən paketə qoyub, bərk bağlayın.

Yeri gəlmişkən
Qeyd etdiyimiz kimi göbələk xəstəliyi hamamlardan da keçə bilər. Hamam kənardan təmiz görünsə də göbələk kafellərin üstündə bir növ “sərilib sizi gözləyir.”Odur ki, diqqətli olun. Bu məqamda məzəli bir əhvalat nəzərinizə çatdırmaq istərdim. Qədim yunan filosofu Diogen Sinoplu günlərin bir günü hamama çimməyə gedir.Hamamın təmizliyi xoşuna gəlmir.Çimib qurtarandan sonra hamamçıya deyir: “Sizdə çiməndən sonra harada yuyunmaq olar?”

Əgər siz artıq göbələklə xəstələnmisinizsə, özünüzü uzun (6 aydan bir ilə qədər) müalicəyə hazırlayın. Göbələk xəstəliklərinin müalicəsi üçün köhnə üsullar mövcuddur: dirnaqlarin xüsusi preparatlarla yumşalması, qismən və ya tam çıxarılması, dırnağın uzanmasına qədər xüsusi göbələyə qarşı gündəlik yerli müalicə vasitələrindən istifadə. Daha müasir üsul 3-6 ay ərzində peroral dərmanların qəbuludur (nizoral, orunqal, lamizil). Bu vasitələrlə xəstələrin müalicə ehtimalı 70-90%-dir.Xüsusilə vuröulamaq istərdim ki, müalicə yalnız tibbi nəzarət altında, qaraciyərin vəziyyətinin kontrolu ilə aparılmalıdır. Bu preparatların xoşagəlməz tə'siri ola bilər: iştahıın itməsi, qusma və ürək bulanma. Heç bir halda bu preparatları özbaşına qəbul etmək olmaz. Peroral preparatlardan başqa lasyonlar, şampunlar, kremlər, mazlar və başqa yerli tədbiq olunan dərman preparatları mövcüddur: batrafen, daktarin, dekamin, diqiotri-mazol, kandid, klotrimazol, loseril, travoqen və on faizli yod məhlulu. Bu preparatlar daha ucuzdur, lakin effektiv deyil. Bunları həkimin tə'yini ilə qəbul etmək lazımdır.

Göbələk xəstəliyi özlüyündə geniş mövzudur.Yay ayalarında bu xəstəliyin aktivləşdiyini artıq vürğuladıq.Odur ki, bu mövzunu davam etdirəcəyik.

Hikmət Abbasov, Həkim-Dermatoveneroloq

 

Psoriz, eksema, neyrodermit,dermatit xəstəlikləri vidalaşmağın vaxtıdır!

Bu xəstəliklərin müalicəsində PUVA üsulu

Dərinin allergik xəstəlikləri: atopik dermatit, Kvinke ödemi, məxmərək, habelə Kontakt dermatitləri, ekzemalar, neyrodermitlər, psoriaz və qırmızı yastı dəmrov,mikozlar, dərinin virus xəstəlikləri, piodermiyalar, akne, rozasea, seboreyya,tük və dırnaq xəstəlikləri və s. Biz hamısının adını çəksəm siyahı çox uzanar.Bir dematoloq kimi bütün dəri xəstəliklərinin müalicəsi ilə məşğul oluruq.Elə xəstəliklər var ki, müalicəsi asandır. Eləsi var tam müalicə olunmür, ancaq müəyyən müddət yaxşılaşır, xəstəyə əziyyət vermir.Yeri gəlmişkən bu günlərdə uğurla tətbiq etməkdə olduğumuz PUVA üsulu əhalidə ciddi maraq və diqqətə səbəb olub.Hələ yeni olmasına baxmayaraq çox ciddi dəri xəstəlikləri olan psoriaz, ekzema, dermatitlər, neyrodermitlər və digərlərinin müalicəsində əla nəticələr verir.Sağalmayan bir sıra dəri xəstəliklərində uzun müddətli remissiya əldə olunur.

Əlavə məlumat üçün bu telefon nömrələrinə müraciət etmək olar:
Tel: 012 563 - 55 – 05, 012 563 - 51 - 81

menu_information.png Rəylər
Rəy bildirilməmişdir.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 2
bullet.gif Xətdəki qonaqlar: 2
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 614
bullet.gif Ən yeni istifadəçi: 5
- markafil
- Zaur Salahov
- sedef
- YAGMUR
- Bekir
menu_open.gif Təqvim
September 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr