Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Dokror İradə Hacıyeva: “Vertebra Tibb Mərkəzi Azərbaycanda sırf onurğa sütunu problemləri ilə məşğul olan ixtisaslı tibb müaəssisəsidir.”
28.11.2014 18:06:21
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Dokror İradə Hacıyeva: “Vertebra Tibb Mərkəzi Azərbaycanda sırf onurğa sütunu problemləri ilə məşğul olan ixtisaslı tibb müaəssisəsidir.”

 Onurğa sütunu problemlərinin ən müasir müalicəsi(Moskva şəhəri- Bubnovski və Dixul üsulu, eyni zamanda Ukrayna Skolioz və Kifoz Mərkəzi)
Dokror İradə Hacıyeva: “Vertebra Tibb Mərkəzi Azərbaycanda sırf onurğa sütunu problemləri ilə məşğul olan ixtisaslı tibb  müaəssisəsidir.”

MЙ™qalЙ™ ЕџЙ™killЙ™ri: VERTEBRA-Iradexanim.jpgİndi Azərbaycanda dayaq-hərəkət sisitemi xəstəliklərindən əziyyət çəkənlər ilbəil artır. Bu xəstəliklərin ağır fəsadları, diaqnostikası və keyfiyyətli ixtisaslı yardım göstərən tibb mərkəzləri, həkim-ekspertlər haqqında əhali arasında məlumatlanma çox aşağı səviyyədədir.

Fikrimizcə belə müəssisələrlə əhalini koordinasiya etmək əslində ən vacib məsələlərdən biridir. Bu cür məlumatlar əksər hallarda xəstələr üçün təkcə müalicəvi deyil, həm də sosial-iqtisadi əhəmiyyətə malikdir.

Ölkəmizdə onurğa problemləri ilə məşğul olan yeni və müasir tibb mərkəzlərindən biri “Vertebra” Tibb Mərkəzidir. Müalicə ocağının rəhbəri İradə Hacıyeva müəssisə haqda bizə ətraflı məlumat verdi: 

“Vertebra” sözü onurğa deməkdir. Bizim VERTEBRA Tibb Mərkəzi də onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinən müasir ixtisaslı müayinəsi və müalicəsi ilə məşğul olan tibb mərkəzidir. Klinikanın rəhbəri kimi deyə bilərəm ki, “Vertebra” TM bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq. Böyüklər və kiçiklər arasında özünə məxsus onurğa xəstəlikləri articles: VERTEBRA2.jpgmövcuddur. Klinikamızda onurğa yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik. Onurğa xəstəliklərinin müalicəsində çəki azaltma və idman prosedurlarının, müalicəvi gimnastikanın böyük əhəmiyyəti var. Belə müalicə taktikası bizdə əsas yeri tutur. Onurğa sütunu xəstəliklərinin müalicəsi məqsədilə effektiv fizioterapiya prosedurları, müalicəvi vannaları, hidrotraksiya vannasını, yoqa terapiyasını, kosmetoloji prosedurları, müalicəvi masajı da geniş tətbiq edirik. Biz onurğa xəstəliklərinin profilaktikasına geniş yer veririk. Məktəb yaşlı uşaqların onurğa problemləri xüsusilə cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərin aparılmasını vacib sayırıq. Uşaqlarda rast gəlinən onurğa əyrilikləri, skoliozlar, kifozlar bizi çox narahat edir.

Birinci, ikinci dərəcəli skoliozlar çox sadə müalicə olunur. Bu xəstəliyin müalicəsi üçün klinikamızda müvafiq fizioterapiya metodları, miostimulyasiya, traksiya (dartılma), kinezeterapiya və su prosedurları articles:  VERTEBRA-8.jpgvar. Skoliz ən çox qız uşaqlarında əmələ gəlir. Ən çox da boy artımı yaşlarında meydana gəlir. Skoliozları, kifozları valideynlər məktəb yaşlarında çox vaxt vaxtında müəyyən edə bilmirlər. Birinci mərhələdə ümumiyyətlə valideynlər aşkar edə bilmirlər. Buna görə də biz “Vertebra” Tibb Mərkəzində 15 yaşa qədər uşaqların pulsuz müayinəsini həyata keçiririk. Hər həftənin 5-ci günü bütün valideynlər burada vertebroloqun, yəni onurğa sütunu problemləri üzrə mütəxəssisin, habelə göz həkiminin, endokrinoloqun, pediatrın, məsləhət olarsa nevropatoloqun müayinəsindən keçirə bilərlər. Bununla da biz bu kimi xəstəliklərin gələcək nəsillərə ötürülməsinin qarşısını almağa çalışırıriq.  Ümumiyyətlə bizim məqsədimiz onurğa  sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyat olmadan müalicəsini təşkil etməkdir.

Məlum olduğu kimi insanın dayaq-hərəkət sisteminin əsasını onurğa sütunu təşkil edir. Onurğa 32 fəqərədən ibarətdir. Hər bir fəqərənin arasında dəlik və disklər vardır.Bu dəliklərdən çoxlu sayda sininrlər çıxaraq orqanizmin bütün hüceyrələrinə, orqan və toxumalarına qədər gedərək sinir-trofik qidalanmanı təşkil edir. Adətən qan-damar sisteminin qidalanması barədə xalq arasında bir qədər məlumat var. Lakin sinir-trofik qidalanma da ən vacib yer tutur. Məhz sinir-trofik qidalanma da bəhs etdiyimiz bu sinirlərin hesabına həyata keçirilir.
articles: VERTEBRA-17.gifOnurğa kanalında onurğa beyni yerləşir. Onurğa kanalından çıxan bu sinirlər əgər sıxılarsa, ciddi dəyişikliklərə səbəb ola bilir. Tutaq ki, bel nahiyəsində fəqərəarası dəliklərdən çıxan sinirlər baş barmağın ucuna qədər gedir. Əgər sinirlərin sıxılması olarsa, sinir ucluqlarına, barmaqlara qədər dözülməz ağrılara səbəb ola bilər. Uzun müddət diqqət yetirmədikdə sinir-trofik qidalanmanın pozulması nəticəsində ətrafların digər tərəfə nisbətən gödəlməsi, a
 rıqlaması baş verə bilər. Əgər fəqərələr hansı nahiyədə dəyişiklikliyə məruz qalıbsa, bu fəqərəarası dəlikdən çıxan damarlar və sinirlər sıxılacaq və təkcə aşağı-yuxarı nahiyələrə deyil, innervasiya etdiyi daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaracaq.
Boyun fəqərələrində patoloji proses olarsa, başda, boyunda, gözdə problemlər özünü göstərəcək. Döş fəqərələrində patologiyalar olarsa, stenokardiya tipli ağrılar, tənginəfəsli, ürək sıxıntıları, ürəkdə ritm pozuntuları və sair əlamətlər özünü göstərəcək.

Aşağı döş fəqrələrində dəyişikliklər olarsa, mədəaltı vəz, mədə ağrıları kimi əlamətlər, qaraciyərin funksiyasının pozulması, öd kisəsi patologiyası, ümumiyyətlə biruzə verə bilər. Bağırsaqların funksiyasının pozulması müşahidə olunur.

Onurğanın bel nahiyəsində patologiyalar, o cümlədən protruziyalar, fəqərəarası disk yırtıqları nəticəsində çanaq orqanlarının, aşağı ətrafların funksiyaları pozulur.”

articles: Vertebra-skolioz333.jpgTibb Mərkəzinin rəhbəri İradə Hacıyeva bizimlə söhbətində vurğuladı ki, bir sıra hallarda daxili orqanlarda baş verən funksional pozuntuların səbəbi onurğa sütününun patologiyaları olmasına baxmayaraq bel nahiyəsində, ümumiyyətlə onurğada ağrılar olmur. Xəstə də öz növbəsində daxili orqanlarında əmələ gələn narahatlıqlardan, yuxarıda bəhs edilən əlamətlərdən dolayı başqa ixtisaslı həkimlərə müraciər edirlər. Lakin aparılan təkrari müalicələr çox vaxt öz səmərəsini vermir. Buna görə də onurğa sütunu müayinədən keçirilməlidir. Əgər hansısa problem, o articles: Vertebra-skolioz2222.jpgcümlədən osteoxondroz, fəqərəarası disklərdə protruziyalar, yırtıqlar, və ya skolioz, kifoz, lordoz kimi hallar aşkar olunarsa müalicə bu istiqamətə yönəlməlidir. Xəstə ixtisaslı yardım almalıdır.
Fəqərəarası disklərdə yırtıqların bütün hallarda cərrahi əməliyyat olunması düzgün deyil. Əməliyyat sonuncu yerdə durur. Disk yırtıqları bütün dünyada çox az hallarda əməliyyatla müalicə olunur. Ədəbiyyatlarda yazılıb ki, disk yırtıqları o zaman əməliyyat olunur ki, uzun müddətli konservativ müalicə effekt vermir. Və ya xəstə tamamilə yeriyə bilmir. Hansısa sinirin atrofiyası var. Və ya arıqlama gedir. 6, 7, 8 mm yırtıqları əməliyyat etmək doğru deyil. Sadəcə xəstəyə güclü ixtisaslı tibbi yardım lazımdır."

articles: VERTEBRA1.jpgOnurğa sütunu xəstəlikləri hazırda çox yayılıb. Əgər sizin yaxınlarınız, tanıdıqlarınınz arasında bu xəstəliklərdən əziyyət çəkənlər varsa, onların müalicəsində “Vertebra” Tibb Mərkəzinə etibar edə bilərsiniz. Mərkəzə müraciət edib belə xəstəliklərdən yaxa qurtara bilərsiniz. Çünki inkişaf edən patologiya bir sıra orqan və sistemlərin patoloji dəyişiklərinə gətirib çıxara bilər. Bu da həm bədənin formasının deformasiyasına, həm də articles: VANNA.jpgorqanizmin  disfunksiyasına səbəb ola bilər.
"Vertebra" Tibb Mərkəzinin əsas məqsədi Bubnovskinin 5 əsas müalicə üsulu ilə onurğa sütunu xəstəliklərinin, həmçinin ağrıların dərmansız götürülməsidir.
Bundan əlavə 20 müalicəvi idman üsulu ilə kompleks şəkildə skoliozun(onurğa əyriliyi), kifozun(onurğada donqarlıq) sağaldılmasıdır.Onu da əlavə edək ki, skolioz və kifozdan əziyyət çəkənləri əməliyyat və karsetdən uzaqlaşdırmaq üçün Bubnovskinin metodu ilə əzələ karseti hazırlamaq olur. Və bu əzələ karseti onurğa əyilməsinin qarşısını alır.



Vertebra Tibb Mərkəzi
Onurğa xəstəliklərinin müalicəsi
 

  
Müalicə edilən xəstəliklər:
1.Skolioz
2.Kifoz
3.Osteoxondroz
4.Onurğa yırtıqları
5.Protruziyaların müalicəsi6.Artrozlar
7.Nevrozlar
8.Travmadan sonrakı bərpa(Reabilitasiya)
Müalicəvi prosedurlar və həkimlər:

articles: VERTEBRA-10.jpgTraksiya(Dartılma)
 Hidrotraksiya(Sualtı dartılma)
Miostimulyasiya
 
 Kinezoterapiya(Müalicəvi idman-Həkim nəzarəti altında)
Müalicəvi vannalar (Natriy xloridli vanna, qələvi vannası, yod bromlu vanna, kraxmallı vanna, iynəyarpaq vanna, sodalı duzlu vanna)
Arıqlama proqramları
Hidromassaj
 Krioterapiya(Mənfi dərəcə ilə müal)
Stone terapiya
Ozonoterapiya

Aparatlarla Fizioterapiya
Fitness
Yoqa
Manual terapiya

Massaj (Müalicəvi massaj, hidromassaj, sellülitə qarşı massaj)
İnqalyasiya

Həkimlərimiz

Fizioterapevt
USM

articles: VERTEBRA-9.jpgOkulist
Nevropatoloq
Vertebroloq

həmçinin də Pediatr

 

“Vertebra” Tibb Mərkəzinə müraciət edib onurğa problemlərinizin müalicə olunmasını istəyirsinizsə, bu ünvana müraciət edə bilərsiniz:
Ünvan: 8-ci mkr. İbrahimpaşa Dadaşıv küçəsi 71C Tel: 012-563-56-53; 563-27-57;
Mob: (+ 994-50) 571-97-47


menu_information.png Rəylər
#1 | ayan tərəfindən yazılıb. Yazılma tarixi ->> 03.12.2010 21:12:04 
Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/includes/bbcodes/code_bbcode_include.php on line 20

salam men bu klinikadan cox raziyam.14 yawim var skalioz diaqnozu ila Vertebrada 3 kurs mualice goturdum ve indi tam saglamam.klinikanin bash hekimine oz teshekkurumu bildirirem..cox sag olun!!!!!!
#2 | elcin-elcin tərəfindən yazılıb. Yazılma tarixi ->> 12.02.2012 19:46:58 
Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/includes/bbcodes/code_bbcode_include.php on line 20

operasiyaya telesmek lazim deyil,burdaki myaliceden cox raziyiq...xysusende IRADE doktorun her bir xesteye ferdi yanasmasindan.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Əla! Əla! 50% [1 Səs]
Yaxşı Yaxşı 50% [1 Səs]
Belə də... Belə də... 0% [Səs vermə yoxdur]
Pis Pis 0% [Səs vermə yoxdur]
Çox pis Çox pis 0% [Səs vermə yoxdur]
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 3
bullet.gif Xətdəki qonaqlar: 3
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 619
bullet.gif Ən yeni istifadəçi: 5
- semed
- ulvi15
- umqztrrm
- stingypiffle5
- placidbanister9
menu_open.gif Təqvim
November 2014
Be Ça Ç Ca C Ş B
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr