Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Revmatoid artrit-oynaqların iltihabi xəstəliyi
01.11.2014 17:55:56
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Revmatoid artrit-oynaqların iltihabi xəstəliyi

 

Images: Artroz.jpgRevmatoid artrit-oynaqların iltihabi xəstəliyi
Bunun ağırlaşmalarının ən geniş yayılmış forması diz oynaqlarında olan formasıdır.Bu forma daha çox qadınlar arasında rast gəlinir. İkinci ən çox yayılmış forması bud-çanaq oynağında olan formasıdır. Buna da daha çox kişilər arasında rast gəlinir.
“Belə xəstəliklərin müalicəsində azyaşlı uşaqlara, yeniyetmələrə antibiotiklərin hormonal preparatların çox miqdarda verilməsi qətiyyən yolverilməzdir.”

 Bu xəstəliyin səbəbləri nədir?

Revmatoid artrit xroniki iltihabi xəstəlik olub, əsasən oynaq zədələnmələri ilə müşaiyət olunur. Uzunmüddətli ağrılarla müşaiyət olunur.Qeyd etməliyəm ki, bu xəstəlik ilkin dövrlərdə xəstəni o qədər də narahat etmədiyindən giddi əhəmiyyət vermirlər. Lakin sonradan ağırlaşmaları baş verdikdə təbii olaraq təlaş keçirdilər. Ağırlaşmalar xəstənin əlilliyinə gətirib çıxarır. Bu xəstəliyin əmələ gəlməsində əsas səbəblər sırasında irsi faktor üstünlük təşkil edir. Yəni yaxın qan qohumları arasında, nəsildən –nəsilə ötürülmə hallarına tez-tez rast gəlinir. Digər əsas səbəb toksiki-infeksion formasıdır. Bu səbəb alimlər tərəfindən süübut olunub. Əsasən də virus infeksiyaları bu xəstəliyin ötürülməsinə səbəb olur. Bu viruslar immunoqlobulinlərin sintezini pozmaq qabiliyyətinə malikdir.

Xəstəliyin ilkin və sonrakı əlamətləri

Təbii ki, xəstəlik bir sıra xüsusiyyətlərə malikdir. Gecənin ikinci yarısı, səhərə doğru şiddətli ağrılar müşahidə olunur. Gün ərzində günün ikinci yarısı, axşama doğru ağrılar səngiməyə başlayır. Və ya tamamilə kəsilir. Ən geniş yayılmış əlamətlərdən biri budur ki, səhərlər xəstədə hərəkət məhdudluğu olur. Oynaqlarda hərəkət məhdudluğu hərəkətə başladıqdan 20-30 dəqiqə sonra keçib gedir. Çox az hallarda ağrılar axşama qədər davam edə bilər. Xəstəliyin ilkin dövrlərində xəstənin əsasən kiçik oynqları o cümlədən əl, ayaq falanqaları zədələnir. Böyük falanqaların zədələnməsinə isə xəstəliyin ikinci dövründə, xroniki dövrdə rast gəlinir.

Əlilliyə gətirib çıxaran əlamətlər

Oynaqlarda baş verən iltihabi proses uxun müddət davam etdikdə, oynaq qığırdağında qan dövranı olmadığı üçün oynağın qidalanması sinoreal mayedə olan qidalandırıcı maddələrin diffuziyası hesabına baş verir. Sinoreal mayedə iltihabi proses uzun müddət davam etdikdə oynaq qığırdağının qidalanması pozulur. Nəticədə oynaq qığırdağında degenerativ proses, yəni dağılma prosesi baş verir. Deformasiya prosesi baş verdikdən sonra isə oynaqda artıq hərəkət məhdudluğu əmələ gəlir. Hərəkət tamamilə dayanmaqla nəticələnə bilər. Bu halda əlillik, şikəstlik qaçılmazdır. Deformasiya uzun müddət davam etdikdə Deformasiyaedici osteoartrozlara gətirib çıxara bilər. Deformasiya edici osteoartrozlar əsasən 40-60 yaşlı insanlar arasında baş verir. Qadınlarla kişilər arasında demək olar ki, eyni nisbətdə baş verir. Qadınlar və kişilər arasında bu xəstəliyin dəyişik formaları var. Deformasiyaedici osteoartrozlara bütün oynaqlarda rast gəlmək olar. İnsan sümüklərinin əksəriyyətində oynaq qığırdaqları var. Ən geniş yayılmış forması diz oynaqlarında yayılıb. Bu forma daha çox qadınlar arasında rast gəlinir. İkinci ən çox yayılmış forması bud-çanaq oynağında olan formasıdır. Buna da daha çox kişilər arasında rast gəlinir. Bundan onurğa sütununda da osteoartrozlar vardır. İki formasına rast gəlinir. Fəqərələrarası disklərdə baş verən proses, osteoxondroz şəklində. Və fəqərə oynaqları arasında sinoreal oynaqlarda baş verən deformasion formasına rast gəlirik ki, bu da spondiloartroz şəklində müşahidə olunur. Habelə döş körpücüyü və digər körpücük oynaqlarında rast gəlinən forması da var. Bazu oynağında, mil-bilək oynağında, əl-ayaq barmaqlarının falanqalarında osteoartrozlara rast gəlinir. Az-az hallarda çənə oynağında olan forması da var ki, bu da daha çox qadınlar arasında rast gəlinir. Çox ağrılı bir formadır. Çünki xəstənin danışmaqdan əlavə qidalanma, çeynəmə qabiliyyəti  də ağırlaşır.

Ümumiyyətlə 60 yaşdan sonra oynaq qığırdağının degenerasiyası normal fizioloji hal hesab olunur. Lakin belə hallar erkən yaşlı insanlarda, hətta 25 yaşlı şəxslərdə də baş verir. Bu da revmatoid artrit xəstəliyinin cavan yaşlı insanlarda olmasını göstərir. Xəstəlik ümumən geniş yayılıb.

Müayinə üsulları

Hələ Daformasiyaedici osteoartroz mərhələsinə çatmamış Revmatoid artrit müəyyən instrunental və laborator analizlər aparılır. Əgər ravmatoid artriddirsə, bu zaman qanın ümumi analizi, revmatik testlər, rentgen müyinələri aparılır. Oynaqlarda deformasiyaya şübhə varsa, oynaqların Ultrasəs müayinəsi aparıla bilər.

Gəlin ağrı və ağrıkəsicilər barədə qısaca bəhs edək

Əvvəla qeyd etməliyəm ki, Akademik təbabətdə ağrıkəsicilərdən uzun müddətli istifadə zamanı çoxlu sayda əks təsirləri, fəsadları üzə çıxır. Mədənin selikli qişasında uzunmüddətli qanaxmalara, xoralara, ümumiyyətlə həzm traktında mənfi dəyişikliklər baş verir.

Ağrı orqanizmi zədələnmələrdən qoruyan bioloji siqnaldır. Orqanizmdə ölmüş hüceyrələrin, toksinlərin sinir uclarını qıcıqlandırması nəticəsində sinir sistemi vasitəsilə elektrik impulsu formasında ağrı qıcığı, xəbəri baş beyinə çatdırılır. Orqanizmi autorequlyasiya sistemi işə düşür. Bu orqanizmi təhlükələrdən qoruyan bir sistemdir. Orqanizm baş verən qıcığa cavab olaraq onu aradan qaldırmağa calışır. Ağrıkəsicilərdən istifadə etməklə həmin autorequlyasiya sistemini tormozlayırıq. Ağrı qıcığı dayandığından artıq autorequlyasiya sistemi işə düşə bilmir. Və orqanizmdə ağrının gedişi barədə informasiya olmur. Hansı nahiyədə prosesin getməsi barədə məlumat olmur. Nəticədə ağrıkəsicilərlə sakitləşən xəstə gündəlik həyatında öz xəstəliyinə zərər vuran, daha da dərinləşdirən vərdişlərini davam etdirir. Qidalanma pozğunluğu, artıq fiziki yüklənmələrə və s. yol verir. Son nəticədə heç ağrıkəsicilər də kömək edə bilmir.

Təbabətdə güclü hormonal preparatlardan, antibiotiklərdən geniş istifadə olunur. Bunlar isə başqa fəsadlar əmələ gətirir. Konkret olaraq Revmatoid artritlərdə qanın ümumi analizində aşkar olunan bəzi mənfi göstəriciləri tənzimləmək üçün üçün həkimlər antibiotiklər təyin edirlər. Bu istiqamətdə antibiotikin xeyri olsa da öz növbəsində mənfi fəsadları da olur. Xəstədə disbakterioz baş verir. Xəstə bir də bağırsaqlarını müalicə etdirməli olur. Xəstənin immun sistemi sıradan çıxır. Hormonal preparatların tətbiqinə gəldikdə isə qeyd etməliyəm ki, bunun da müalicədə effekti olur. Bəzən xəstəliyi aradan qaldırmaq üçün həkimlər uzunmüddətli hormonal preparatlardan istifadə etməyi tövsiyyə edirlər. Hətta mənə müraciət edən bir xəstə 18 ildir ki, hormonal preparat qəbul edirmiş.Xüsusən azyaşlı uşaqlara, yeniyetmələrə hormonal preparatların çox miqdarda verilməsi qətiyyən yolverilməzdir. Məsələn, bizə təzəlikcə müraciət edən 5 yaşlı qız uşağının həkimi oynaqlarda iltihabi prosesi aradan qaldırmaq üçün hormonal preparat təyin edib. Nəticədə 5 yaşlı qız uşağının bədənində tüklər əmələ gəlib.Müalicəyə qəbul etdiyimiz həmin uşağı indi biz hormonlardan azad etmişik. Yaxşılaşma özünü göstərir. Ümumiyyətlə revmatik xəstəliklərdə  hormonal və antibiotik təyin etməklə aparılan müalicələr nəticəsində simptomun üstü örtülür, proses isə davam edir. Xəstəliyin simtomlarını aradanqaldırmaqla xəstəni və xəstəliyi aldadır.

Umumiyyətlə desək, deformasiyaedici osteoartrozlar qadınlar arasında ən çox klimakterik dövrdə rast gəlinirAzərbaycanda buna qadınlar arasında çox rast gəlinir. Bu da qadınların klimakterik dövrə qədərki dövrdə düzgün qidalanmaması ilə əlaqədar olur. Qidalanmağa düzgün əməl etməklə yanaşı qadınlarda vaxtından əvvəl baş verən klimaksa da diqqət yetirmək lazımdır. Belə qeyri-normal hallarda ginekoloji konsultasıya almaqda böyük fayda var. Çünki klimakterik pozulmalar revmatik xəstəliklərə yol açır. Orqanizmdə maddələr mübadiləsinin nizamlı vəziyyətdə saxlamaq lazımdır. Xəstəlikdən qorunmaq üçün xeyirli qidalar qəbul etmək, fiziki fəallıqla məşğul olmağın rolu böyükdür.

Bioloji müalicə üsulları

articles: BIOLOJIBINASI.jpgMüalicəyə başlayanda yuxarıda vurğuladığım hormonal asılılıqlardan (əgər varsa) xəstələri azad edirik. Birinci etapda orqan və toxumaları təmizləyirik. Drenaj detoksikasiya vasitəsilə, antihomotoksik preparatlarla prosesi dərindən dayandırmağa çalışırıq. İkinci etapda isə artıq iltihabi prosesi, degenerativ prosesi aradan qaldırmağa başlayırıq. Homeosinyatriya metodundan istifadə edirik. Antihomotoksik preparatladan, biopunkturadan faydalanırıq. Xəstəliyin gedişinə, xəstənin yaşına uyğun olaraq proseduralar seçilir. Müalicə zamanı izopatik preparatlar, regenerasiya-bərpaedici preparatlardan geniş istifadə olunur. Bu şəkildə müalicə zamanı xəstədə degenerasiya prosesini, yəni dağılma regenerasiya prosesinə çevirmək olur. Qığırdaq toxumasının yenidən əmələ gəlməsinə yenidən nail oluruq. Praktikamızda deformasiya edici osteoartrozların müalicəsində də nailiyyətlərimiz az deyil. Xəstəliyin ən ağır 4-cü stadiyasında gözəl nəticələrimiz var. Məsələn, bir çox xəstədə müalicəyə başladıqdan 3-4 ay sora yeni qığırdaq toxumasının əmələ gəlməsinə nail olmuşuq. Burada regenerasiyanın, yəni bərpanın tezləşməsi xəstənin yaşından asılı olaraq dəyişir.

Bioloji Təbabət Klinikasının
Terapevt-homotoksikoloqu
Əli Əlizadə

Tel: 430-89-89

 

menu_information.png Rəylər
Rəy bildirilməmişdir.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 4
bullet.gif Xətdəki qonaqlar: 4
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 618
bullet.gif Ən yeni istifadəçi: 5
- Bekir
- semed
- ulvi15
- umqztrrm
- stingypiffle5
menu_open.gif Təqvim
November 2014
Be Ça Ç Ca C Ş B
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr