Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 24

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 25

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 26

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 27

Deprecated: Function eregi() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 28

Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/user40/data/www/saglamxeber.com/maincore.php:24) in /var/www/user40/data/www/saglamxeber.com/maincore.php on line 174
Sağlam Xəbər - Məqalələr: Körpələrdə psixomotor inkişaf
21.10.2014 05:30:43
menu_open.gif Bölmələr

Deprecated: Function ereg() is deprecated in /var/www/user40/data/www/saglamxeber.com/articles.php on line 23
menu_pen.gif Körpələrdə psixomotor inkişaf

 

 

articles: Bebe.jpgKörpələrdə psixomotor inkişafUşaqların vaxtında yeriməsinə, danışmasına kömək edən və bunu ləngidən faktorlar
Təbii ki, hər bir valideyn övladı böyüdükcə onun hansı hərəkətləri etməsi, müxtəlif davranışları çox maraqlandırır. Əgər uşaq vaxtında yeriməzsə, vaxtında danışmazsa, artıq valideynlər narahat olmağa başlayırlar. Bu və ya digər problemlərlə üzləşən valideynləri təqdim edəcəyimiz müsahibəni mütləq oxumağa çağırırıq. Müsahibimiz Bioloji Təbabət Klinikasının homotoksikoloq-nevropatoloqu Röyanə Quluzadə ilə söhbətimiz məhz bu mövzu ilə bağlıdır.

 

-Röyanə xanım, zəhmət olmazsa, əvvəlcə uşaqların və  ümumiyyətlə insan orqanizminin sinir sisteminin necə formalaşması barədə məlumat verin.

-İnsanın sinir sistemi orqanizmdə gedən bütün fizioloji proseslərin requlyasiyasında, tənzimlənməsində iştirak edir. Eyni zamanda insanın xarici mühitlə uyğunlaşmasını təmin eləyən funksiyalara malikdir. Sinir sisteminin vacibliyini göstərən amillərdən biri də onun bətndaxili inkişafın hələ çox erkən dövrlərinin əsasının qoyulmasıdır.Yəni dölün ana bətnində ikinci-üçüncü həftəsində sinir sisteminin əsası qoyulur.Və sürətlə, dinamik inkişaf etməyə başlayır. Lakin bununla yanaşı qeyd etmək lazımdır ki, sinir sistemi yeni doğulmuşlarda hələ tam inkişaf etməmişdir. Sinir sisteminin tam yetişməsi insanın 20-25 yaşına kimi davam edərək formalaşır.

-İnsan orqanizmini idarə edən ali orqanlardan biri mərkəzi sinir sistemidir.Mərkəzi sinir sisteminin formalaşma dövründə, uşağın psixomotor inkişafı zamanı hansı proseslər gedir?

-Ümumiyyətlə psixomotor termini nevropatoloqlara müraciət edən valideynlərin çoxuna tanışdır. Psixomotor inkişaf uşağın ali beyin fəaliyyətini, eşitmə, görmə, nitq qabiliyyəti, onun əzələlərinin müntəzəm işləməsi, tonusundan tutmuş bu və digər funksiyaları özündə birləşdirir.Yəni psixomotor inkişaf deyəndə biz uşağın həm beyninin, həm də əzələ sistemini, ətraflarının vaxtında inkişaf etməsini başa düşürük.

-Uşağın psixomotor inkişafı dövründə hansı göstəricilər özünü biruzə verir?

-Uşaq doğulandan sonra hər ay, hətta hər həftə uşağın sinir sistemində irəliləyiş, dinamika hiss olunur.Və bunu valideynlər də, həkimlər də hiss edirlər. Uşaqda yeni-yeni hərəkətlər, yeni-yeni davranışlar ortaya çıxır. Əlbətdə ki, yeni doğulmuşlarda əksər funksiyalar çox zəif olur. Yalnız uşaq 3 həftəliyində gözünü müəyyən bir əşyaya, obyektə  zilləyə bilir. Artıq 3-4 həftəliyində ona müraciət olunan səslərə qulaq asır, fikir verməyə başlayır. Bu uşağın beyin funksiyalarına aiddir. Bundan başq onun doğulanda bir çox motorik funksiyaları olur. Uşaq doğulanda onun fizioloji hiper tonusu olur. Aşağı və yuxarı ərtaflarının tonusu yüksək olur. 3-4 aydan sonra bu fizioloji hiper tonus uşaqda keçməlidir. Əgər keçmirsə, bu özü bir siqnaldır. Hansısa patologiyadan xəbər verir. Uşaq doğularkən onda müəyyən reflekslər, məsələn, əmmə refleksi olur. Doğulanda anasının döşünü tapır və əmməyə başlayır. Habelə uşaqda doğularkən axtarma refleksi olur. Həkimlər uşağı yoxlamaqla nəticə çıxarırlar ki, onda fizioloji inkişaf hansı ardıcıllıqla gedir. Əmmə refleksindən başqa digər reflekslər 3-4 aylığında itməlidir. Əgər itmirsə, bu sinir sisteminin hər hansı bir patologiyasından xəbər verir. 5-6 aylığında uşaq artıq oturmalıdır. Əgər 6-8 aylığında uşaq oturmursa, bu özü də patologiyadır. Həkim müayinəsinə ehtiyac duyulur. 1 yaşında, bir sıra hallarda 1 yaş yarımda adətən uşaq artıq yeriməlidir. Biz müayinə vaxtı uşağın əzələ sistemini, xüsusi reflekləri yoxlayırıq. Müəyyən edirik ki, bu inkişaf öz ayına uyğun gedir, yoxsa yox. Hesab olunur ki, bir yaşına kimi körpələr hər ay yoxlanmalıdır. 1 aylığına kimi isə uşağın inkişafını hər həftə yoxlamaq lazımdır. 1 yaşdan 2 yaşına kimi 3-4 aydan bir körpə yoxlanılarsa onun inkişaf dinamikası biz müəyyən edə bilirik. 3-4 yaşdan sonra isə, artıq hər 6 aydan bir uşağın inkişafını yoxlayıb proseslərin normada getməsini və ya geriyə qalmanı aşkar edirik.

-Yaş dövründən asılı olaraq psixomotor ləngimənin hansı formaları olur?

-Psixomotor inkişafın geriləməsi deyəndə biz bir sıra funksiyalarda problemin olmasını nəzərdə tuturuq. Burda həm uşağın intelektual funksiyalarını, o cümlədən qavrama, yaddaş, görmə, eşitmə, habelə motorik funksiyaların, konkret desək vaxtında otura bilməməsi, gəzməməsi, müəyyən reflekslərin olmaması, gec sönməsi kimi halları nəzərdə tuturuq.

-Son zamanlar uşaqların psixomotor funksiyalarında hansı ləngimələrə daha çox rast gəlinir?

-Son zamanlar psixomotor funksiyaların ləngimələri arasında daha çox nitqin açılması ilə əlaqədar ləngimələrə rast gəlinir. Ümumiyyətlə 1 yaşdan etibarən uşaq danışmağa hazırlaşır. Səslər, hecalar və sözlər ifadə eləməyə çalışır. 1.5-2 yaşına kimi artıq uşağın 20-30 söz ehtiyatı olur. Hal-hazırda alimlər hesab edirlər ki, 2 yaşdan 2 yaş yarımına kimi uşaq artıq danışmağa başlamalıdır. Onun 100-ə qədər söz ehtiyatı olmalıdır. Eyni zamanda körpə ətrafı dərk etməlidir. Ona tapşırılan tapşırıqları, buyuruqları yerinə yetirməlidir.Və yaxud ona deyilən sözləri başa düşməlidir. Əşyaları göstərməlidir. Bu onu göstərir ki, nitq inkişafı var. Uşaq müəyyən vaxtdan sonra danışacaq. Alimlər hesab edirlər ki, nitqin inkişafında qız uşaqlarında oğlan uşaqlarına nisbətən fərq var. Oğlan uşaqlarında nitqin inkişafı bir qədər ləngiyir. Əgər qiz uşağı 2 yaş, 2 yaş yarımında sərbəst danışmağa balayırsa, oğlan uşaqlarında bu proses 3 yaşa kimi uzana bilər. Biz inkişaf dinamikasını görürüksə bu fizioloji normadır. Nitqin gecikməsi bəzən bir sıra xəstəliklərin göstəricici də ola bilər. Bəzən hesab edirlər ki, nitq çox gecikirsə, bu artıq oliqafreniyanın, kəm ağıllılığın əlamətidir. Bu heç də həmişə belə deyil.

-Yeri gəlmişkən, Röyanə xanım nitqin gecikməsinə hansı səbəblər gətirib çıxarır?

-Səbəblər çoxdur. Bu həm daxili, həm də xarici səbəblər ola bilər. Daxili səbəblər ananın hamiləlik dövründən başlayır. Ananın hamiləlik zamanı keçirdiyi bir çox xəstəliklər, anemiyalar, dölün hipoksiyası (oksigen çatışmazlığı), habelə doğuş zamanı baş verən problemlər, sürətli doğuşlar, ciftin vaxtından tez aralanması və s. ola bilər. Xarici faktorlara uşağın stress bir situasiyada yaşaması, körpənin ailə şəraiti, onun valideynlər tərəfindən lazımınca qayğı ilə əhatə olunmaması, uşağın valideynlərlə daima ünsiyyətdə olmaması, yaşayış yerini, uşaq baxçasını  tez-tez dəyişməsi aid edilir.

-Nitqin ləngiməsi hansı qüsurlarla, hansı formalarda ortaya çıxır?

-Əlbətdə ki, nitq insanın informasiya və ünsiyyət mənbəyidir. Nitqin ləngiməsi uşağın psixi funksiyasına da təsir edir. Həmçinin uşağın tədrisinə, sonradan intelektual səviyyəsinə də təsir edir. Ona görə də uşaq danışmağa başlayanda ona kömək etsək heç bir problem olmaz. Qeyd etməliyəm ki, bəzi irsi xəstəliklər nitqin ləngiməsinə səbəb olur. Kəm ağıllılıq-oliqafreniya da nitqin ləngiməsinə təsir edir. Oliqafreniyanın da dərəcələri var. Bunun ağır dərəcəsində uşaqda tamamilə nitqin inkişafı olmur. Uşağın sosial adaptasiyası olmur. Heç kilə ünsiyyətə, kontakta girmir. Ona ancaq valideyn qayğısı lazımdır. Belə demək mümkünsə, şikəstliyin bir formasıdır. Orta dərəcəli kəm ağıllılıqda ola bilsin ki, uşağın 3-4 yaşında 10-15 söz ehtiyatı olsun. Uşaq özünə yüngül qayğı göstərə bilir. Məsələn, ayaqqabısını, paltarını geyə bilir. Ancaq ağır qayğıları edə bilmir. Valideynin qayğısına ehtiyac duyur.

-Bəs normal uşaqlarda nitqin ləngiməsinə necə yanaşmaq lazımdır?

-Bu halda nitqin ləngiməsinin bir-neçə formaları və səbəbləri ola bilər. Uşağın ağız əzələlərinin, dişlərinnin, çənəsinin inkişafına diqqət yetirmək lazımdır. Bəzi valideynlər uşağa hər zaman duru yeməklər yedirdirlər. Bərk yeməklər vermirlər. Bu ağız boşluğunun əzələ tonusunu aşağı sala bilər. Çeynəmə aparatının işləməsinə kömək etmək lazımdır. Səbəb kimi anadangəlmə stiqmalar da ola bilər. Və ya qurdağızlıq, dovşandodaqlıq ola bilər. Ağız boşluğunda olan qüsurlar, problemlər də nitqin gecikməsinə gətirib çıxara bilər.

-Eşitmə funksiyası ləngiyən uşaqların problemi özünü nədə göstərir?

-Bu da böyük problemdir. Eşitmə problemi olan uşaqların nitqi də çatışmır. Bəzən valideynlər uşaqda olan eşitmə pozuntusunu vaxtında aşkarlaya bilmirlər, çaşqınlıqda qalırlar. Ona görə də uşaqda nitq ləngiməsi varsa, mütləq eşitməni də yoxlamaq lazımdır.

-Uşaqlarda bu və digər psixomotor ləngimələri necə müayinə edirsiniz?

-İlk növbədə əlbətdə ki, uşağın valideynləri ilə söhbət vacibdir. Söhbət əsnasında səbəblər araşdırılır. Körpənin müxtəlif reflekslərini yoxlayırıq. Nitq ləngiməsi ilə gəlibsə uşağın eşitməsini yoxlayırıq. Xüsusi audioqrafiya metodu ilə eşitməni yoxlayırıq. Əgər eşitmədə problem varsa, birinci növbədə onu aradan qaldırırıq. Eşitmədə problem yoxdursa, ağız boşluşunu yoxlayırıq. əzələlərini tonusunu yoxlayırıq. Genetik stiqmaları yoxlayırıq. Əgər burda da problem yoxdursa deməli problem uşağın bətndaxili inkişafında yaranıb. Nitqdə iştirak edən mərkəzlər bəzən ana bətnində ikən tam yetişmir. Müalicə taktikaları təbii ki, fərqli olur. Müayinə vaxtı lazım gələrsə elektroensefaloqrafiya metodundan istifadə edirik.

-Valideynlərə məsləhətləriniz nə ola bilər?

-Uşağın emisional inkişafı 6 aylığından başlayır. 4-6 aylığından uşaq artıq ananı tanımağa başlayır. Onun hərəkətlərinə cavab verir.Ana artıq burdan fikir verməlidir ki, uşaq onu eşidirmi. Sadaladığım vaxtlarda uşaqda normal inkişaf görülmürsə artıq narahat olmaq lazımdır.

-Müalicədə biloloji təbabətlə akademik təbabətin üstünlüklərindən necə istifadə edirsiniz?

-Hər iki üsulu birləşdirəndə çox gözəl nəticə alırıq. Akademik təbabətdə olan xüsusi dərman preparatlarını bioloji təbabətlə kombinasiya edirik. Biz həm kimyəvi dərmanların əks təsirlərini götürürük. Toksiki təsirlərini aradan qaldırırıq.

Bioloji təbabətlə müalicəni biz ümumiyyətlə bir neçə istiqamətdə aparırıq. İnsanın öz daxili müdafiə mexanizmləri var. 5 böyük müdafiə sistemi orqanizmi xəstəlikdən qoruyur. Bu müdafiə sisteminin hansındasa axsama, zədələnmə və s. olarsa, insan xəstəliklərlə baş-başa qalır.Bioloji təbabətdə xəstəlik 6 fazalı cədvəl üzrə müalicə olunur. Biz xəstədə toksinləri xaric etməyə çalışırıq.

Biz orqanizmin detoksikasiyasını aktivləşdiririk. Zədələyici faktoru təbii yolla kənarlaşdırmağa imkan yaradırıq. Almaniyada istehsal olunmuş antihomotoksik preparatların tərkibi tamamilə təbiidir. Bunların köməyilə bədənimiz toksinlərdən təbii yolla təmizlənir.

 Müsahibəni aldı: Əntiqə Məmmədova, nevropatoloq
Çapa hazırladı: “Sağlam xəbər”-in informasiya şöbəsi

 

 

 

 

menu_information.png Rəylər
Rəy bildirilməmişdir.
menu_information.png Rəy bildir
Rəy bildirmək üçün qeydiyyatlı istifadəçi daxil olmalısınız.
menu_information.png Qiymətləndirmə
Qiymətləndirmədə yalnız qeydiyyatlı istifadəçilər iştirak edə bilər.
Qeydiyyatdan keçin.

Qiymətləndirmə yoxdur.
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Bölmələr




















menu_open.gif Forum bölmələri
Ən yeni bölmələr
Bölmə açılmayıb
Ən maraqlı mövzu
Bölmə açılmayıb
menu_open.gif Sonuncu məqalələr
bullet.gif Dr. Araz Bayramovdan...
bullet.gif Махбуба На...
bullet.gif KARLOS KASTANEDANIN ...
bullet.gif QADINLAR YAŞLANM...
bullet.gif HAMİLƏLİYİN PEŞ...
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Reklam
menu_open.gif Giriş
İstifadəçi adı

Şifrə



[ QEYDIYYAT ]

[ Şifrəmi unutmuşam ]
menu_open.gif Dil seçimi
menu_open.gif Axtar
menu_open.gif Reklam
menu_open.gif Sorğu
Saytı bəyənirsinizmi?







Səs vermək üçün qeydiyyatlı istifadəçi kimi daxil olmalısınız.
menu_open.gif Xətdəkilər
bullet.gif Bütün xəttdəkilər: 2
bullet.gif Xətdəki qonaqlar: 2
bullet.gif Xətdəki istifadəçilər: 0

bullet.gif Qeydiyyatlı istifadəçilər:: 616
bullet.gif Ən yeni istifadəçi: 5
- sedef
- YAGMUR
- Bekir
- semed
- ulvi15
menu_open.gif Təqvim
October 2014
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
menu_open.gif Həkim yumoru
1) Məktəbdə tibbi müayinə zamanı həkim birinci sinif şagirdindən soruşur:
- Burun və qulaqlarından şikayətin var?
- Var. Paltarımı geyinəndə mənə mane olurlar

2) Diş həkiminin kabinetinin qarşısında lövhə :
- Diş insana iki dəfə havayı verilir, üçüncü dəfə pul ödəmək lazımdır.
Davamı...
menu_open.gif Uyğun saytlar
www.pcr.az
www.diaqnoz.az
www.heel-az.com
www.customshospital.az
www.azerphoto.com
www.stomatoloq.az
menu_open.gif Reklam
menu_open.gif Reklam

menu_open.gif Reklam
menu_open.gif Bölmələr